"GƏNCLƏRBİRLİYİ" FİNALDA
16 Apr 2008
"GƏNCLƏRBİRLİYİ" FİNALDA
Türkiyə kubokunun yarımfinal mərhələsinin revanş qarşılaşmasında “Gənclərbirliyi” - “Qalatasaray” meydandan sülhlə ayrıldılar. “Gənclərbirliyi” 1:1-lik bərabərliklə adını finalçılar sırasına yazdırdı. Yarımfinal mərhələsinin ilk qarşılaşmasında 1:0 qələbə qazanan “gənclər” “Ali Sami” stadionunda ilk qolu 76-cı dəqiqədə vurdular. “Qalatasaray” bu qolun əvəzini 90-cı dəqiqədə Ümit Karanın qolu ilə çıxdı. İlk yarı çox hərəkətli olsa da ikinci yarıya “Gənclərbirliyi” çox aktiv başladı. Qırmızı-qaralılar Tunanın vurduğu qolla adını finala yazdırdı. “Qalatasaray” hesabda irəli çıxa bilərdi. Amma Linkoln əlinə düşən fürsətdən istifadə edə bilmədi. 90+4-cü dəqiqədə təyin olunmuş penalti vuruşunu dəqiq yerinə yetirə bilmədi.