"GƏNCLƏR"Ə MƏĞLUBİYYƏT, "QARABAĞ"A CƏRİMƏ . . .
"GƏNCLƏR"Ə MƏĞLUBİYYƏT, "QARABAĞ"A CƏRİMƏ . . .
10.05.2007-ci il tarixində AFFA nizam intizam komitəsi son turun oyunlarında baş vermişlərə öz münasibətini bildirdi. Qərarlar gözlənilən oldu: "Şahdağ" - "Gənclərbirliyi" oyununda qonaqlara texniki məğlubiyyət, "Qarabağ" - "Xəzər Lənkəran" oyununda isə meydana kənar əşya atıldığına görə komandamız cərimə edilmişdir...
Qərarla olduğu kimi tanış olun:
07 may 2007-ci il tarixində 2006/2007-ci il mövsümündə XV Azərbaycan Çempionatının yüksək dəstəsində növbəti turun oyunları zamanı keçirilmiş «Qarabağ» - «Xəzər-Lənkəran» oyununun 77-ci dəqiqəsində meydançaya tamaşaçılar tərəfindən kənar əşya atıldığına görə klub – meydan sahibi 1000 (min) manat məbləğində cərimə olunsun (maddə 4).
08 may 2007-ci il tarixində 2006/2007-ci il mövsümündə XV Azərbaycan Çempionatının yüksək dəstəsində növbəti turun oyunları zamanı keçirilmiş «Neftçi» - «Bakı» oyunu zamanı «Neftçi» komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 1000 (min) manat məbləğində cərimə olunsun (maddə 51).
08 may 2007-ci il tarixində 2006/2007-ci il mövsümündə XV Azərbaycan Çempionatının yüksək dəstəsində növbəti turun oyunları zamanı keçirilmiş «Karvan» - «Simurq» oyununun 56-cı dəqiqəsində «Simurq» komandasının 7№-li oyunçusu Ramin Nəsibov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün 1 oyunluq kənarlaşdırılsın və klub 200 (iki yüz) manat məbləğində cərimə olunsun (maddə 45).
08 may 2007-ci il tarixində 2006/2007-ci il mövsümündə XV Azərbaycan Çempionatının yüksək dəstəsində növbəti turun oyunları zamanı keçirilmiş «Şahdağ» - «Gənclərbirliyi» oyununun 90+3-cü dəqiqəsində «Gənclərbirliyi» komandasının 20№-li oyunçusu Orxan Ağayarzadə hakimi təhqir etdiyinə görə meydandan qovulduğu üçün 2 oyunluq kənarlaşdırılsın və klub 2000 (iki min) manat məbləğində cərimə olunsun (maddə 46). Qarşılaşmanın 90+3-cü dəqiqəsində «Gənclərbirliyi» komandası özbaşına meydanı tərk etdiyinə və oyunu davam etdirməkdən boyun qaçırdığına görə həmin komandaya 0:3 hesabı ilə məğlubiyyət verilsin və ona 10 000 (on min) manat məbləğində cərimə təyin edilsin (maddə 7).
AFFA-nın Hakimlər Komitəsi tərəfindən «Şahdağ» - «Gənclərbirliyi» qarşılaşmasının hakimlərinin bu oyunu düzgün idarə edib-etməməsinə baxılsın.
05 may 2007-ci il tarixində 2006/2007-ci il mövsümündə XV Azərbaycan Çempionatının I dəstəsində növbəti turun oyunları zamanı keçirilmiş «Standart» - MOİK oyunu zamanı hər iki komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə hər iki klub 100 (yüz) manat məbləğində cərimə olunsun (maddə 51).
05 may 2007-ci il tarixində 2006/2007-ci il mövsümündə XV Azərbaycan Çempionatının I dəstəsində növbəti turun oyunları zamanı keçirilmiş «Bakı-2» - ABN«Bərdə» oyununun 59-cu dəqiqəsində «Bakı-2» komandasının 7№-li oyunçusu Elnur Yusifov ikinci xəbərdarlığa görə meydandan qovulduğu üçün 1 oyunluq kənarlaşdırılsın və klub 20 (iyirmi) manat məbləğində cərimə olunsun (maddə 45). Həmçinin oyunun 73-cü dəqiqəsində «Bakı-2» komandasının 6№-li oyunçusu Zeynalabdin Hüseynov «axırıncı ümid» foluna görə meydandan qovulduğu üçün 1 oyunluq kənarlaşdırılsın və klub 20 (iyirmi) manat məbləğində cərimə olunsun (maddə 45).
06 may 2007-ci il tarixində 2006/2007-ci il mövsümündə XV Azərbaycan Çempionatının I dəstəsində növbəti turun oyunları zamanı keçirilmiş MKT«Araz-2» - «Ədliyyə» oyunu zamanı MKT«Araz-2» komandasının 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 100 (yüz) manat məbləğində cərimə olunsun (maddə 51). Oyunun 90+4-cü dəqiqəsində MKT«Araz-2» komandasının 11№-li oyunçusu Hüseyn Əliyev ikinci xəbərdarlığa görə meydandan qovulduğu üçün 1 oyunluq kənarlaşdırılsın və klub 20 (iyirmi) manat məbləğində cərimə olunsun (maddə 45). Qarşılaşmanın 77-ci dəqiqəsində MKT«Araz-2» komandasının 9№-li oyunçusu Rəmzi Xubalıyev rəqibini nalayiq sözlərlə təhqir etdiyinə görə meydandan qovulduğu üçün 2 oyunluq kənarlaşdırılsın və klub 200 (iki yüz) manat məbləğində cərimə olunsun (maddə 46). Həmçinin matçın 77-ci dəqiqəsində «Ədliyyə» komandasının 4№-li oyunçusu İmran Əhmədov rəqibini nalayiq sözlərlə təhqir etdiyinə görə meydandan qovulduğu üçün 2 oyunluq kənarlaşdırılsın və klub 200 (iki yüz) manat məbləğində cərimə olunsun (maddə 46).
