GƏNCLƏRİMİZ AZƏRBAYCAN 2-CİSİ OLDU
GƏNCLƏRİMİZ AZƏRBAYCAN 2-CİSİ OLDU
Bazar günü Azərbaycan çempionatının nəzdində çıxış edən klubların nəzdində 1989-1990-cı il təvəllüdlü yeniyetmələrin çempionatına yekun vurulub. Ötən il olduğu kimi bu ildə anoloji yarışda uğurlu çıxş edən “Qarabağ”ın gənc komandası sadəcə finalda məğlub olaraq gümüş medallar sahib çıxıb.
Gərgin keçən matçın əsas və əlavə vaxtı heç-heçə başa çatıb. Matçın ilk yarısında “İnter” komandası önə keçib. Fərrux Rəhimovun kobudluğundan sonra rəqib penaltidən hesabı açdı. Lakin komandamız az sonra hesabı bərabərləşdirə bilib. Rauf Əliyev künc zərbəsindən sonra status-kvonu bərpa edib. İkinci hissədə “İnter”in gəncləri yenidən önə keçsələrdə, “Qarabağ” yenidən tarazlığı bərpa edib. Oyun bu hesabla başa çatdıqdan sonra əlavə olunmuş dəqiqələrdə tərəflər qol sevinci yaşaya bilməyib.
Belə olduqda çempionun adı penalti seriyalarında müəyyənləşib. “Qarabağ”ın gənclərinin 2 penalti zərbəsindən qeyri-dəqiq istifadə etməsi “İnter”in eyni yaşlı komandasının çempionluğa sevinməsinə səbəb olub.