Gənclərimiz əzmkarlıqla qazandı

single-news
6 İyn 2012

Gənclərimiz əzmkarlıqla qazandı



21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandası Avro-2013-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Bernhard Lippertin komandası bu dəfə səfərdə İslandiyanın qonaqı olub.
Son görüşündə səfərdə Norveçə 0:1 hesabı ilə uduzan millimiz bu dəfə İslandiyadan xal almaq niyyətində idi. Bu oyuna qədər 3 xalla qrupun autsayderi olan İslandiya bu görüşdə qələbə qazanmaqla millimizi qabaqlaya bilərdi. Lakin millimiz buna imkan verməyib.
Fasiləyə 1:0 hesabı ilə üstün yollanan meydan sahibləri ikinci hissədə qapılarında iki top görüblər. Matçın 77-ci dəqiqəsində Araz Abdullayevin, 90-cı dəqiqədə isə Cavid İmamverdiyevin qolları millimizə səfərdə qələbə qazandırıb. Bu qələbə sayəsində millimiz xalını 7-yə yüksəldib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ilk qələbəsini də Bakıda məhz İslandiya üzərində qazanmışdı - 1:0.
5 iyun
`Avro-2013`ün seçmə mərhələsinin oyunu

00:15. İslandiya - Azərbaycan - 1:2
Qollar: Siqurdarson, 20 (1:0), Araz Abdullayev, 77 (1:1), Cavid İmamverdiyev, 90 (1:2)

 


 

Paylaş

// pop up