GƏNCLƏRİN ŞEDEVRİ - 3 : 0
GƏNCLƏRİN ŞEDEVRİ - 3 : 0
“Qarabağ”: Cahangir Həsənzadə, Hüseyn İsgəndərov, Nodar Məmmədov, Azər Məmmədov, Namiq Yusifov, Hakan Dəmir, İrakli Bereya, Kənan Kərimov... Yox, bu futbolçuların adına “Qarabağ”ın “Gənclərbirliyi” ilə matçda heç 18 nəfərlik siyahısında belə rast gəlmək olmazdı. (heyətlə tanış olun: PROTOKOL )
Bəli, bu as futbolçuların yoxluğu belə komandamızın üstünlüyünə təsir etmədi. Amma bu haqda bir qədər sonra...
Debütant hücumçu və qapıçı
Start heyətində ilk növədə diqqəti cəlb edən “Caqa”nın yoxluğunda Elçin Cəfərovun cari çempionatda ilk dəfə olaraq ilk onbirlikdə yer alması idi. Elçinlə yanaşı Rauf Əliyev karyerasında ilk dəfə start həyəcanı yaşayacaqdı. Bəribaşdan qeyd edək ki, hər ikisi debütündə yaxşı qiymət aldı. Belə ki, Cəfərov qapısını toxunulmaz saxladı, Rauf isə ilk qol həyəcanını yaşadı. Bundan başqa, Fərrux Rəhimov və Yasin Yaqubov kimi alt komandalardan yetişmiş gənclərin adı oyun siyahısına salınmışdı. Qış transferləri Tagim Novruzov və Timur İsrafilov da əsas heyətdə mübarizə aparmalı idi.
Qarşılıqlı hücumlar və qolsuzluq...
Görüşün ilk 10 dəqiqəsi kəşfiyyatsız hücumlarla keçdi. Ev sahibləri azarkeşlərinin dəstəyi ilə irəli atılsalar da qola sevinə bilmirdilər. Arif İsayev topa gecikdisə, Sumqayıtlıların matç ərzində yaratdığı ən təhlükəli hücum 38 dəqiqədə baş tutdu. Lakin Fəqan Şahbazov əlverişli mövqedən topu qapının üstündən vurdu. Cavab hücumunda isə matçı yüksək səviyyədə keçirən Vaqif Cavadovun zərbəsinə Diallo son anda barmaqlarının ucuyla toxuna bildi..
...Gənclərin şedevri ilə nəticələndi
Amma, millinin də formasını geyən Vaqif oyunda sözünü deyə bildi. Lakin ona qədər 17 yaşlı forvardımız Rauf Əliyev Tagim Novruzovun ötürməsindən sonra baş zərbəsiylə hesabı açanda oyunun 50-ci dəqiqəsi gedirdi. Cəmi 5 dəqiqə sonra Vaqifin şousunu görməyə dəyərdi. 4 nəfəri aldadan Vaqif topu qapıçıdan əks istiqamətə göndərərək hesabı artırdı. Lakin həmin gün Vaqifin dayanmaq fikri yox idi. 1 saatın tamamında oyuna sonradan girən Əfranın asmasından sonra Cavadov cari çempionatda 3-cü qolunu vurdu. Geridə qalan yarım saatda təşəbbüsü əldə saxlayan təmsilçimiz matçı yüksək səviyyədə keçirən Qoqa Bereya və Əfran İsmayılovla qola yaxın olsalar da görüşdə hesab dəyişmədi. 0:3...
Oyundan sonra mətbuat konfransı keçirilmədi. Lakin komandamızın Baş Məşqçisi RASİM KARA ayaqüstü oyun haqda fikirlərini azsaylı mətbuat işçilərinə bildirdi:
"Gənclərbirliyi" yaxşı komandadır və inanıram ki, yüksək dəstədə yerlərini qoruya biləcəklər. Bu gün futbolçularım verdiyim tapşırıqları daha dəqiq yerinə yetirərək vacib qələbə qazandı. Heyətə diqqət yetirsəniz əsasən gənclərə şans veririk. Bu gün də "Qarabağ" formasını geyinmiş bir neçə futbolçunun meydanda oyununa baxdınız. Bu futbolçular günü-gündən məşqlərimiz sayəsində daha da inkşaf edərək Azərbaycan futbolunun gələcəyi olacaqlar..."
Daha çox və böyük ölçülü şəkillər üçün:
FOTOQALEREYA: "G.BİRLİYİ" 0 - 3 "QARABAĞ" < A>