Georgi Adamiya:` Bizi çətin 3 oyun gözləyir`
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
17 Apr 2012
Georgi Adamiya:` Bizi çətin 3 oyun gözləyir`
`Qarabağ`ımız sabah ölkə kubokunun ½ final ərhələsində `Bakı`nın qonağı olacaq. `Qarabağ`ımız artıq hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir. Paytaxt klubuyla 3 oyunluq marafonun ilki sabah baş tutacaq. `Qarabağ`ımızın forvardı Georgi Adamiya saytımıza oyunqabağı fikirlərini bölüşüb:`Bakı` sonuncu oyunda `Xəzər-Lənkəran`ı böyük hesabla yenərək yaxşı əhval-ruhiyyə qazanıb. Həm də demək olar ki, rəqibimiz əsas hədəfinin kubok olduğunu gizlətməyib. Öz meydanlarında oynadıqlarına görə sərfəli nəticə qazanmağa çalışacaqlar. Düzdü, bu mövsüm baş tutan hər 3 oyunda qələbə qazanmışıq. Amma bu daha çox `Bakı`nın yaxşı motivasiya olmasına şərait yaradıb. Axır zamanlar oyun planında da artırıblar. İndi ardıcıl 3 dəfə `Bakı`yla qarşılaşacağıq. Eyni komandayla ardıcıl oynamaq istər-istəməz adamı gərginləşdirir. Kuboku qazanmaq? Hər şeyi pillə-pillə etmək lazımdır. Təbii ki, niyə istəmirəm ki, ən sonda biz sevinək? Deməzdim ki, sabahkı oyun həlledici olacaq. Məncə, hər şey cavabi qarşılaşmasında bilinəcək. Üstəlik, arada heç də az əhəmiyyəti olmayan çempionat oyununda qarşılaşacağıq. Belə baxanda `Bakı`nın çempionatda mükafatçı olmaq şansı qalır. Bundan istifadə etmək istəyəcəklər. Bizi çox çətin 3 oyun gözləyir.`