Georgi Adamiya:` Bu o demək deyil ki...`

single-news
20 Avq 2011

Georgi Adamiya:` Bu o demək deyil ki...`



`Qarabağ`ımız sabah `Kəpəz`lə qarşılaşacaq. Gəncə klubuyla görüşə komandamız çoxsaylı itkilərlə yollanıb. Buna baxmayaraq əyalət derbisinə yetərincə maraq var. Ötən mövsüm tərəflərin Gəncədə baş tutmuş oyunu olduqca gərgin alınmış, 2-ci hissədə Adamiya fərdi ustalıqla vurduğu qolla komandamıza qələbə gətirmişdi. Sabah ötən mövsümün bombardiri komandamızın əsas ümidlərindən biri olacaq. Gürcü forvard saytımıza III turun oyununu dəyərləndirib:``Kəpəz`lə oyun çətin olacaq. Komandamızın bir neçə üzvü bu oyunda meydana çıxmayacaq. Üstəlik, gəncəlilər evdə yaxşı təsir bağışlayır. Azarkeş dəstəyindən də yararlanmaq istəyəcəklər. Meydanın durumu da elə də yaxşı deyil. Amma bu o demək deyil ki, biz artıq oyuna məğlub çıxmışıq. `Qarabağ` istənilən halda meydana qələbə üçün çıxır. Meydana çıxacaq bütün futbolçularımızla da qələbə oynayacağıq. Bu futboldu. Hər şey ola bilər. Çempionatın startında itirilənləri sonradan sığortalamaq mümkün olsa da, qazanılacaq xallar da sonradan çox xeyrimizə ola bilər. Ona görə də baxımlı oyun olacağını düşünürəm. Nəticədən asılı olmayaraq meydanda maraqlı futbol olacaq.`

Paylaş

// pop up