Georgi Adamiya növbəti qolunu vurub rekorda imza atdı (apasport.az)
13 Mar 2011
Georgi Adamiya növbəti qolunu vurub rekorda imza atdı (apasport.az)
Ağdamın “Qarabağ” klubunun futbolçusu Georgi Adamiya yeni rekorda imza atıb. Azərbaycan Premyer Liqasının XXIII turunun “İnter”lə oyununda rəqib qapısına yol tapan gürcüstanlı legioner cari mövsümdəki qollarının sayını 11-ə çatdırıb. Bununla da Adamiya Azərbaycan karyerasında ən yüksək göstəriciyə imza atıb. 2004/05 mövsümündən ölkəmizdə çıxış edən gürcü futbolçu ən yaxşı halda 1 çempionatda 10 qol vurmuşdu. Bu onun “Neftçi”dəki 3-cü mövsümündə - 2006/07 mövsümündə qeydə alınmışdı. Həmin vaxtda Qurban Qurbanovun rəhbərliyi altında çıxış edən Georgi 10 dəfə qol sevinci yaşamışdı. Bu dəfə eyni məşqçi ilə aşqa klubda çalışan Adamiya həmin rekordu artıq arxada qoyub.
2004/05 Neftçi 7
2005/06 Neftçi 3
2006/07 Neftçi 10
2007/08 Neftçi 9
2008/09 Neftçi 0
2008/09 Bakı 2
2009/10 Bakı 0
2009/10 Qarabağ 4
2010/11 Qarabağ 11
Cəmi 46
2004/05 Neftçi 7
2005/06 Neftçi 3
2006/07 Neftçi 10
2007/08 Neftçi 9
2008/09 Neftçi 0
2008/09 Bakı 2
2009/10 Bakı 0
2009/10 Qarabağ 4
2010/11 Qarabağ 11
Cəmi 46