Georgi Adamiya: “Xəzər Lənkəran"la oyuna da, qol vurmağa da hazıram” (qol.az)

single-news
2 Mar 2010

Georgi Adamiya: “Xəzər Lənkəran"la oyuna da, qol vurmağa da hazıram” (qol.az)



Qarabağ”ın gürcüstanlı hücumçusu Georgi Adamiyanın Qol.Az saytına müsahibəsi

- “Qarabağ”a transfer olunandan sonra hələ ki, heç bir rəsmi oyunda iştirak etməmisən. Artıq məşqlərdə iştirak edirsən. Zədən tam sağalıb?
- Çox ağır zədə almışdım. Bu zədədən sonra mən heç bir oyuna çıxmamışdım və müalicə alırdım. Yeni komandamla da məşq etmirdim,yalnız fərdi məşqlərlə kifayətlənirdim. Indi sağalmışam, komandayla birgə məşq edirəm. Hər şey yaxşıdır. Dünən “Bakılı” komandası ilə oyunda meydana çıxdım.Özümü əla hiss edirəm.
- Martın 7-də Quzanlı stadionunda ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bu oyun barəsində fikirlərin necədir?
- Bəli, çətin oyun olacaq. Mənim bu oyunda çıxış edib-etməyəcəyimi deyə bilmərəm. Bu, yalnız məşqçinin qərarından asılıdır. Şəxsən mən bu oyuna hazıram. - Yəqin ki, debüt matçında fərqlənmək istərdin...
- Bəli, mən buna da özümü hazır sayıram. Amma təkrar edirəm, gərək əvvəlcə məşqçim mənə şans verə. Mən qol vuranda çox sevinirəm....
- “Qarabağ”a qədər Azərbaycanda “Neftçi” və “Bakı”nın şərəfini qorumusan. Bu komandalarla “Qarabağ”ın əsas fərqi nədədir?
- “Neftçi” ilə “Qarabağ” arasında fərq görmürəm, Ona görə ki, bir vaxtlar “Neftçi”də mənim komanda yoldaşlarım olmuş futbolçuların yarısı indi “Qarabağ”dadır. Burada kollektiv çox mehribandır. Qurban Qurbanov da bizimlə yaxşı rəftar edir.
- Bir çox komanda çempionluq yolunda özlərinə əsas rəqib olaraq “Qarabağ”ı görür. Maraqlıdır, bəs “Qarabağ”ın özünə bu yolda kim maneçilik yarada bilər?
- “Qarabağ” bütün komandalar üçün problemdir. Düzü, bütün komandaları ciddi qəbul edirik. “Altılıq”da oynamaq cox çətin olacaq. Fərqi yoxdur, “Qəbələ” olsun, ya “İnter”, oyunlar çox çətin keçəcək. Bu futboldur, burada mübarizə aparmaq lazımdır. Şükürlər olsun ki, bizim mübariz komandamız var..
- Bir çoxları sənin “Qarabağ” a faydalı ola bilməyəcəyini düşünür.
- Bu haqda mən heç nə deyə bilmərəm. Kiminsə xoşuna gələ bilərəm, kiminsə yox. Kim necə istəyir elə də yazır. Bu çempionatda görünəcək, “Qarabağ”a kömək edə bilirəm, ya yox.
- “Qarabağ”ın heyətində sabiq komandan “Bakı”ya qarşı da forma geyinəcəksən. Bu matçı sənin üçün prinsipial qarşılaşma adlandırmaq olar?
- Məndə elə bir hiss yoxdur. Mən bu oyuna da əvvəlki oyunlara çıxdığım kimi çıxacam – şərəfini qoruduğum komandanın qələbəsi üçün! "Bakı" ilə olduğu kimi “Neftçi” ilə matça qarşı da bu ovqatda çıxacağam.

 


Georgi Adamiya: “Xəzər Lənkəran"la oyuna da, qol vurmağa da hazıram”

Paylaş

// pop up