Georgi Adamiya:`Bizim qələbəyə daha çox ehtiyacımız var.`

single-news
26 Noy 2010

Georgi Adamiya:`Bizim qələbəyə daha çox ehtiyacımız var.`



`Qarabağ`ımız `Neftçi`ylə oyunun hazırlıqlarını davam etdirir. Bazar günü derbidə əzəli rəqib və əbədi dostuyla qarşılaşacaq komandamız hazırlıqlarını İdman Akademiyasının meydançasında davam etdirir. Bu gün komandamız tək çalışmasını 15:00-da edəcək.
Bütün çempionatların iştirakçısı olan tərəflərin mücadiləsi daim maraq və gərginliyə ilə yadda qalır. Derbidə hər 2 tərəfin fomasını geyinmiş yetərincə futbolçu var. Onlardan biri də vaxtilə `Neftçi`də parlamış, cari birincilikdə isə `Qarabağ`ımızın bombardiri Georgi Adamiyadır. 29 yaşlı futbolçu derbiöncəsi saytımıza öz fikirlərini bildirib:`
Son oyunlarda heç də istədiyimiz kimi çıxış edə bilmirik. Amma toparlanacağımıza inanıram. İnanıram ki, bir qələbəylə işlərimizi düzəldəcəyik. Son oyunlarda qol vura bilmirəm. Ümid edirəm ki, bu dəfə qol vurmaqla həm də komandamızın qələbəsini yardım edə biləcəm. `Neftçi` cari mövsüm olduqca uğurlu çıxış edir. Çempionluğa oynayırlar. Amma bizim qələbəyə daha çox ehtiyacımız var. Maraqlı oyun olacaq. Derbilərin havası həmişə fərqli olur. İnşallah, `Qarabağ` `Neftçi` üzərində qələbəylə yüksəlişə keçəcək.` 

Paylaş

// pop up