Georgi Adamiya:`Milliyə çağrılmaq qürurvericidir`

single-news
22 May 2011

Georgi Adamiya:`Milliyə çağrılmaq qürurvericidir`



`Qarabağ`ımız daha bir ilkə sahib çıxdı. Daim milli futbolçulara üstünlük verən komandamız daha bir sevindirici xəbər alıb. Cari mövsüm vurduğu 18 qolla Azərbaycan çempionatının bombardiri olan `Qarabağ`ımızın forvardı Georgi Adamiya  Gürcüstan millisinə dəvət alıb. 30 yaşlı hücumçumuz saytımıza verdiyi açıqlamada baş vermiş hadisəylə bağlı danışıb:` Təbii ki, hər bir futbolçu milliyə dəvət almaqdan qürur duyar. Mən də eyni duyğuları yaşayıram. Mənim üçün xoş bir sürpriz oldu. Düzdü, milliyə dəvət almışam. Amma hələ heç nə bəlli deyil. 30 futbolçu 1 gün sonra başlayan təlim-məşq toplanışına dəvət alıb. Məlum olduğu kimi, Xorvatiya ya qarşı oynayacağıq. Hər şey  toplanışda bəlli olacaq. İstənilən halda milliyə dəvət almaq mənim üçün xoşdur. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Əlbəttə, `Qarabağ`da bombardir olmağım dəvət az rol oynamadığını düşünürəm. Son illərdə Avropada uğurlu çıxışımız da yaddan çıxmamalıdır. İnşallah, `Qarabağ`ı ən yaxşı halda təmsil etməyə çalışacam.` 

Paylaş

// pop up