GERÇƏKLƏŞDİ!!!
GERÇƏKLƏŞDİ!!!
Gerçəkləşdi. Azərbaycan futbolu tarixində ən böyük transfer reallaşdı. Eyniylə, Kütləvi informasiya vasitələrinin böyük qatılımı və marağıyla “Qarabağ” Futbol Klubunun məskunlaşdığı “Ruslan-93” idman kompleksində möhtəşəm tədbir baş tudu. Hər zaman faydalı və yerində hərəkət etməyə üstünlük verən “Qarabağ” Futbol Klubu bu dəfə də ənənəsinə sadiq qaldı. Mövsüm başa çatdıqdan sonra səssizliyə bürünən komanda ilk transfer bombasını partlatdı. Özü də necə...
Bu gün saat 15:00-a təyin olunmuş mətbuat konfransında yetərincə izidiham vardı. Konfransda “Qarabağ” Futbol Klubunun vitse-prezidenti Taher Gözel, “Qarabağ” FK-nın direktoru Emrah Çelikel də iştirak edirdi. Tədbirin səbəbkarı isə heç şübhəsiz Azərbaycana gəlmiş ən karyeralı futbolçulardan biri, bəlkə də birincisi Makedoniya millsinin kapitanı, İngiltərənin qapısına vurduğu möhtəşəm qolla yaddaşlarda qalan Artim Şakirinin “Qarabağ”la müqavilə bağlaması idi.
Tədbiri “Qarabağ” FK-nın meneceri Asif Əsgərov açaraq sözü klubun başçısı Taher Gözelə verdi. Taher bəy nitqinə belə başladı:” “Azərsun Holdinq” “Qarabağ”a sponsorluğa başladığı gündən etibarən hədəfimiz dəyişməz olub. “Qarabağ”ı zamanla bir qlobal, inkişaf etmiş struktura malik bir dünya klubuna çevirməkdir. Bunun üçün isə, təməli düzgün qurmaq lazım idi. Hər şeyi vaxtında etmək lazımdır. Bizim konkret hədəflərimiz var. Bu yaxınlarda bazamızın, stadionumuzun təməl atma mərasimi olacaq. Komandamızı yetərincə gəncləşdirmişdik. Təbii ki, bu gənclərə düzgün yolu öyrətmək üçün Şakiri kimi ünlü və təcrübəli futbolçu lazım idi. Zənnimizcə, hər kəsin tanıdığı futbolçunu seçməkdə yanılmamışıq. İnşallah, İngiltərəyə atdığı qoldan daha yaxşısını “Qarabağ” formasında vurar”
Taher bəy sözlərinə belə davam etdi:” Atdığımız hər bir addımı dərindən götür-qoy edirik. Şakirini seçərkən belə amilləri nəzərə almışıq. Biz elə bir məşhur futbolçuyla danışıqlar aparmışıdıq ki, inana bilməzsiniz. Amma, futbolçunun kişiliyi, xarakteri çox önəmlidir. Hasan Şaş məsələsini də bilirsiz. Bəli, etiraf edirəm, bu futbolçudan xoşum gəlir. Onunla danışıqlarımız olmuşdu. Amma Hasanın “Qalatasaray”la müqaviləsi var. Bu dəfə alınmadı. Amma, nə zamansa bu reallaşacaq. “Qarabağ” hər zaman öz dəyişməz prinsiplərinə sadiq qalıb. Bu bizim sönuncu transferimiz deyil."
Taher bəy qarşıdan gələn mövsüm üçün hədəflərini də bəyan etdi:" Qarşıdakı ildə hədəfimiz bəllidir. Çempionluq! Rəqib komandalara səslənirəm. Kəmərlərinizi bərk bağlayın. "Qarabağ” heç görmədiyiniz qədər güclü olacaq. Şakiridən və baş məşqçimiz Rasim Karadan ancaq çempionluqdan gözləyirik"
Sonra Şakiri rəsmi müqaviləyə qol çəkərək rəsmən “Qarabağ”lı oldu. Klubumuzun başçısı Şakirini ilk təbrik edən şəxs oldu. Ardınca Taher bəy və Şakiri media mənsublarının müxtəlif səpgili suallarına cavab verdilər.