“Gərgin, maraqlı oyun alındı”

single-news
29 Sen 2024

“Gərgin, maraqlı oyun alındı”



Misli Premyer Liqasının VIII turunun “Qarabağ” – “Sabah” oyunundan (3:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:

 

“Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün gərgin, maraqlı oyun alındı. Çox vacib qalibiyyət idi. Çox yaxşı, istəkli, yüksək səviyyədə təşkilatlanmış komandaya qarşı oynayırdıq. Hər iki komandanın azarkeşlərinə təşəkkürümü bildirirəm”.

 

Baş məşqçi UEFA Avropa Liqasının həm I turunda “Tottenhem”lə keçirilən oyunu dəyərləndirib, həm də, “Malmö” ilə qarşıdakı matçla bağlı gözləntilərini bölüşüb: “Rəqibin “Tottenhem” və ya  “Malmö”nün olmasından asılı olmayaraq, azarkeşlər bizdən qələbə gözləyirlər. Bu, bizə həm motivasiya verir, həm də həyəcan gətirir. Belə sıx qrafikdə komandanı optimal formada saxlamaq çox çətindir. Çox uzun, yorğun səfərimiz oldu. Bu da idmançının normal performansda qalması üçün böyük zərbədir. Bəlkə başqa çatışmazlıqlarımız ola bilər. Böyük nəticə üçün çətinliklərə dözməliyik. Çalışacağıq ki, komandanı “Malmö” ilə oyuna hazırlayaq. Yaxşı oyunla, yaxşı nəticə istəyirik”.

Paylaş

// pop up