Giray Bulak “Qarabağ”ın yeni baş məşqçisidir (APA)
6 İyl 2005
Giray Bulak “Qarabağ”ın yeni baş məşqçisidir (APA)
Futbol üzrə XIII Azərbaycan çempionatını altıncı yerdə başa vuran Ağdamın “Qarabağ” klubunu növbəti mövsümdən türkiyəli məşqçi çalışdıracaq. (????)
İqor Ponomaryovun istefaya göndərilməsindən sonra qardaş ölkədə məşqçi axtarışına çıxan klub rəhbərliyi istəyinə çatıb. Amma “Qarabağ” rəhbərliyi bu haqda hələlik mətbuata informasiya verməməyi üstün tutur. Rəhbərlik həftənin sonlarında mətbuat konfransı keçirib, yeni baş məşqçini təntənəli şəkildə futbol ictimaiyyətinə təqdim etmək fikrindədir. Bununla belə, APA məşqçinin adını dəqiqləşdirə bilib. Yeni məşqçi Türkiyənin tanınmış futbol mütəxəssislərindən olan Giray Bulakdır. “Dənizlispor” klubu ilə müqaviləsi başa çatan təcrübəli mütəxəssis azarkeşlərə “Fənərbaxça” ilə Türkiyə Kubokunun yarımfinal oyununda həmkarı Kristof Daum və Ümit Özatla əlbəyaxa olmasından yaxşı tanışdır. Həmin görüşdən sonra G. Bulak K. Daumu təhqir etməkdən də çəkinməmişdi. “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Asif Əsgərov isə APA-ya verdiyi açıqlamada yeni məşqçinin türkiyəli olacağını istisna etməyib. Klub rəhbərliyinin Türkiyədə hansısa məşqçi ilə danışıqlar apardığını bildirən A. Əsgərov rəhbərlik icazə vermədiyindən bu haqda açıqlama verə bilməyəcəyini bildirib. /APA/