Girdi, vurdu, çıxdı. VİDEO
Girdi, vurdu, çıxdı. VİDEO
Bir çox ölkələrdə qış fasiləsi yaransa da, İngiltərə premyerliqası azarkeşlərə əsl yeni il hədiyyəsi yaşatmaqda davam edir. Premyerliqanın növbəti turunda müvafiq olaraq 3-cü və 4-cü pillədə qərarlaşmış `Arsenal` və `Astan Villa` üz-üzə gəliblər. Gözlənildiyi kimi gərgin keçən macda ilk yarıda qol vurulmayıb. İkinci yarıda `topçuların` baş məşqçisi Arsen Venger komandanın kapitanı Sesk Fabreqası oyuna daxil edib. 22 yaşlı ispan oyuna girər-girməz qarşılaşmanın taleyini həll edib. Belə ki, londonluların kapitanı ilk olaraq özü qazandığı cərimə zərbəsini qola çevirib. Ardınca isə Uolkottun ötürməsini qola çevirib. Və qoldan 2 dəqiqə sonra işini görmüş Sesk baş məşqçisi tərəfindən əvəzlənib. Belə də, meydanda qaldığı 26 dəqiqə ərzində 2 qol vuran yarımmüdafiəçi haqlı olaraq azarkeşlərin alqışını qazanıb. Macın son dəqiqlərində isə Dyabi `Aston Villa`nı 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.
Özünüz izləyin...