Gözəl iclas keçirəcək (FUTBOL+, 04.07.2005)

single-news
4 İyl 2005

Gözəl iclas keçirəcək (FUTBOL+, 04.07.2005)



"Qarabağ"ın rəhbərliyi Türkiyədən qayıtmağa tələsmir. Hələ ki, klub bossları baş məşqçi axtarışını sürdürürlər. Hər halda, durğunluq dönəminin bu həftə sonuclanacağı söylənilir. Belə ki, sabah vitze-prezident Tahir Gözəl vətənindən qayıdıb, növbəti milli çempionatla bağlı toplantı keçirməlidi. Hazırda Ağdam klubuyla taleyini müəyyən etmək fikrində olan futbolçular da Gözəlin iclasını gözləyir. Eyni zamanda yeni "sükançı"nın kimliyinə də yaxınlarda aydınlıq gəlməlidi. Hər halda, bu həftəni "Qarabağ"ın aktivinə yazacağımıza inanaq.

Paylaş