GÖZƏL OYUN VƏ HEÇ-HEÇƏ: "QARABAĞ" 2 - 2 "NEFTÇİ"

single-news
22 Avq 2005

GÖZƏL OYUN VƏ HEÇ-HEÇƏ: "QARABAĞ" 2 - 2 "NEFTÇİ"



"Qarabağ" - 12.C.Həsənzadə, 3.D.Spirin, 4.V.Haqverdiyev, 5.B.Bekovaç, 8.A.Kərimov, 9.S.Musayev(11.A.Voskoboynik, 71), 10.M.Hüseynov(6.D.Yeremeyev, 80), 15.M.Orucov, 20.A.Cabbarov, 21.S.Kravçenko, 91.D.Sokolovski (17. R.Muradov, 40). "Neftçi" - 1.V.Miçoviç, 2.İ.Getman, 4.V.Abramidze, 7.V.Borets, 8.A.Çertaqanov, 6.R.Sadiqov, 11.B.Musayev (20.B.Subaşiç, 74), 15.T.Mişura, 19.R.Abbasov(18.E.Əliyev, 28), 21.N.Nəbiyev, 22.Z.Tağızadə. Qollar: M.Hüseynov - 2 dəq, S.Kravçenko - 53 dəq ("Qarabağ"). T.Mişura - 23 dəq, Z.Tağızadə - 64 dəq ("Neftçi"). Sarı kartlar: A.Çertaqanov-42,İ.Getman-44, Z.Tağızadə -77. S.Kravçenko -53, R.Muradov -90+1. Matç başlamamışdan öncə kapitanlar Azərbaycan Bayrağını qaldırdılar. Matç başlayan kimi, hücuma keçən komandamız Ruslan Abbasovun səhvindən məharətlə yararlanaraq hesabı açdı. Müşviq Hüseynov fərqləndi. Bundan sonra irəli atılan qonaqların müdafiədə boşluğu yaranırdı ki, bu da "Qarabağ"ın fərqi artırması üçün şərait yaradırdı. Lakin Samir Musayevin və Müşviq Hüseynovun cəhdləri səmərə vermirdi. Bunun əvəzində 23-cü dəqiqədə Mişuranın fərdi ustalığı bir neçə müdafiəçimizi keçməyə kifayət etdi ki, bu da qol demək idi: 1-1. Bundan sonra oyun bir qədər sakitləşsə də hər komandanın qol vəziyyətləri bir-birini əvəzləyirdi. İkinci hissə başlayan kimi, komandamız hesabı yenidən öz xeyrinə dəyişdi. Gözəl təşkil olunmuş hücumu komandamızın Ukraynalı legioneri Sergey Kravçenko tamamladı. Onu da xatırladaq ki, Kravçenko "Qarabağ"ın heyətində keçirdiyi hər üç matçda(biri yoldaşlıq) rəqib qapısına yol tapa bilmişdir. Bundan bir qədər sonra fərq daha da arta bilərdi. Lakin Kravçenkonun bu dəfəki zərbəsini qapıçı Miçoviç mükəmməl reaksiya ilə dəf edə bildi. 64-cü dəqiqədə isə Zaur Tağızadə hesabı yenidən bərabərləşdirdi. Qol ilk vurulan qola bənzər vuruldu. Bu dəfə isə Mişura yox, Tağızadə müdafiəmizin boşluğundan məharətlə istifadə etdi... 82-ci dəqiqədə Voskoboynikin cərimə meydançasına ötürməsini yeremeyev bir qədər arxada duran Kravçenkoya ötürdü ki, onun dzərbəsi qüvvətli alınsa da, bir qədər qapınını üstündən keçdi.... Matç 2:2 hesabı ilə başa çatdı və Əzəli rəqiblərin 27-ci matçında 12-cü heç-heçə qeydə alındı.

Paylaş

// pop up