GÖZƏL OYUN,ÇƏKİLƏN ZƏHMƏT VƏ NƏTİCƏ - "HAKİM DAMĞASI" . . .

single-news
16 Fev 2006

GÖZƏL OYUN,ÇƏKİLƏN ZƏHMƏT VƏ NƏTİCƏ - "HAKİM DAMĞASI" . . .



Matçdan əvvəl təntənəli surətdə əvvəllər həm "Qarabağ", həm də "Neftçi"nin şərəfini qorumuş Bəxtiyar Musayevin vida mərasimi keçirildi. Klubumuz adından da səbəbkar təbrik olundu... Oyun kəşfiyatsız başlandı. Rəqibə nisbətən bərpa dövrünün bir gün az olmasına baxmayaraq, "Qarabağ" daha gözəl oyun göztərirdi. İlk zərbə də elə "Qarabağ"dan gəldi. 3-cü dəqiqədə Qoqanın zərbəsi qapının üstündən keçdi. 9-cu dəqiqədə Samir - Mübariz paslaşması sonuncunun qeyri dəqiqliyi səbəbindən zərbə ilə başa çatmadı. Əvəzində 1 dəqiqə sonra Samir Musayevin yaxın məsafədən zərbəsi qapıçının düz üstünə vuruldu.14-cü dəqiqədə İliçin ötürməsini Mübariz zərbə ilə tamamlasa da dəqiqlik çatışmadı. 15-ci dəqiqədə isə qol vuruldu. Amma hakim bu qolu oyundan kənar vəziyyət kimi qeydə almadı. 24-cü dəqiqədə İrakli Samir tandemi,daha sonra isə İrakli-Mübariz cütlüyü rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratdılar. Bütün bunların cavabı olaraq isə "Neftçi" yalnız 28-ci dəqiqədə Stefanovla ilk zərbəni yerinə yetirdilər. Hissənin son dəqiqəsində isə Branimir Subaşiçin açıq - aşkar oyundan kənar vəziyyətinə göz yuman Vüsal Əliyev - Elman Musayev cütlüyü oyuna öz damğasını vurdular. Matçdan sonra yan kameradan çəkilmiş videokasetdədə hücumçunun ötürmə anında açıq-aşkar son müdafiəçidən qabaqda olduğu görsənir. Amma nədənsə hakimlərimiz buna göz yumaraq. . . Məhz hissənin sonunda vurulmuş bu qol matçın taleyini həll etdi. Hissənin əvvəlindən daha baxımlı oyun nümayiş etdirən "Qarabağ"ın fasiləyə məğlub durumda yollanması ikinci hissədə də özünü biruzə verdi. 51-ci dəqiqədə irəli atılmış "Qarabağ"ı əks hücumda tutan rəqib Adamiya ilə hesab arasındakı fərqi iki topa yüksəltdi.... ...Hələ ilk dövrənin son matçı olan "Gənclərbirliyi" ilə matçda Samir Musayevin təmiz qolunu (bu videokaset vasitəsilə sübut olunmuşdur) hesaba almayan hakim Vüsal Əliyev bu oyuna da öz "damğası"nı vurdu. Bu dəfə Elman Musayevin köməkliyi ilə..... Aferin sizə....

Paylaş