GÖZLƏNİLMƏYƏN XAL İTKİSİ . . .
23 Sen 2006
GÖZLƏNİLMƏYƏN XAL İTKİSİ . . .
"Qarabağ" 1-1 "Simurq"
Komandamızın hesabı açmaq istəyi ilk dəqiqələrdən diqqətdən yayınmırdı.Lakin dəqiqələr ötdükcə komandamız tələsir, rəqib isə dağıdıcı futbolunu davam etdirirdi. Bununla belə ilk hissədə 4 100%-li qol imkanı boşa verildi. 13-cü dəqiqədə İliçin yandan ötürməsini Kənan qapıçının üstünə vurdu. 19-cu dəqiqədə isə İlmirin zərbəsini qapıçı baxışları ilə müşayət etsə də bəxt qonaqların üzünə güldü. Top qapı dirəyinin bir neçə sm-dən keçdi. 24-cü dəqiqədə də Hakanın yanda iki oyunçunu keçərək asmasını Samir dəyərləndirə bilmədi. İki dəqiqə sonra Kənan komandanın qol ümidi kimi qol vurmağa borclu idi. Lakin zərbə vurmaq istəyi topa toxunabilməmə ilə nəticələndi. 32-ci dəqiqədə isə qonaqların ilk künc zərbəsi qola nəticələndi. Asmanı Rüstəm Məmmədov uzaq küncə göndərdi - 0:1. Hissənin sonuna qədər hən Samir Musayevin, həm də Kənan Kərimovun hərəyə 1 dəfə 100%-li qol vəziyyəti olsa da, top qapı toruna daxil olmadı.
İkinci hissədə isə Baş Məşqçimiz Romal Hüseynovu oyuna buraxdı. Məhz onun sol küncdə fəallığı qolla nəticələndi. Bir oyunçunu arxada qoyaraq asmasını Xaliq Mərdanov tora göndərdi. Bütün komanda ilə müdafiə olunan "Simurq" bundan sonra qol buraxmadı və komandamız çox mühüm iki xal itirdi...