`Göztəpə` ilə qolsuzluq. Canlı

single-news
24 İyl 2012

`Göztəpə` ilə qolsuzluq. Canlı



`Qarabağ` Bolu hazırlıq dönəmində 3-cü yoxlama oyununa çıxır. Bu dəfə rəqib `Göztəpə`dir.
`Qarabağ`ımızda oyundan qabaq itkilər var. Miro Varvodic, Vaqif Cavadov və Hacı Əhmədov zədə səbəbindən oyunu buraxmalı olacaq.
Komandamızda baxışda olan Christ Mbondi geri göndərilib.
`Qarabağ`ımızın start heyəti: Fərhad Vəliyev, Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Qara Qarayev, Namiq Yusifov, Vüqar Nadirov, Əfran İsmayılov, Riçard, Muarem Muarem.
Komandamız ağ, `Göztəpə` sarı-qırmızı forma ilə meydana çıxır
1` - Oyuna `Qarabağ` başlayır
4` - İlk təhlükəli vəziyyət komandamızdan gəldi. Vüqarın zərbəsi qapı dirəyinə tuş gəldi
5` - Künc zərbəsindən ötürməni Vüqar qapıya yönəltdi. Top qapıdan azacıq aralı keçdi
9` - Ansiyə qarşı kobudluq- cərimə zərbəsini Rəşad yerinə yetirdi
Mübarizə meydann mərkəzində gedir. Hər iki komanda təhlükəli vəziyyət yaratmağa çətinlik çəkir
18` -Qaranın uzaq məsafədən zərbəsiin qapıçı tuta bildi
26` - Vüqarın cərimə meydançası daxilində driblinqi sonda zərbə ilə yekunlaşsa da zərbə təhlükəli olmadı
30` - Riçarda qarşı kobud oyun
33` - Əfranın ara ötürməsindən sonra Vüqar qapıçı ilə üzbəüz qalsa da, hakim oyundan kənar vəziyyət qeydə aldı
42` - Əfran – Riçard paslaşması sonuncunun qeyri dəqiq zərbəsi ilə yadda qaldı
45` - İlk yarı başa çatdı

 46` - İkinci yarı başladı. Riçardın yerinə Elnur Abdulov oyuna daxil oldu
53` - Oyun daha çox mübarizələrlə yadda qalır
57` - İnanılmaz qol şansı. Muarem qapıçıyla təkbətəkdə topu dirəyə vurdu, qayıdan topu Elnur boş qapıya göndərə bilmədi
62` - Əfranın 2 reydi nəticə vermir
63` - Fərhadın yerinə Osman, Əfranın yerinə Rauf meydana daxil olur
69` - Vüqarın sol cinahdan asmasını tamamlayan olmur
75` - Rauf cərimə meydançasına daxil olsa da son anda müdafiəçilər topu ondan alır
82` - Elnur Abdulov qapıçıyla təkbətək çıxsa da şansından yararlana bilmədi
90` - Oyuna qolsuzluqla başa çatdı


 

Paylaş

// pop up