GÜLƏN VƏ AĞLAYAN İTALİYA

single-news
5 Apr 2006

GÜLƏN VƏ AĞLAYAN İTALİYA



Çempionlar Liqasında 1/4 final cavab oyunları keçirildi.İlk oyun günündə İki İtaliya təmsilçisi yarımfinal uğrunda mübarizəyə qoşuldu... "Milan" Fransanın "Lion" klubunu qəbul edirdi. İlk oyunda qolsuz heç-heçəyə nail olan İtalyanlar cavab qarşılaşmasında İnzaqinin iki, Şevçenkonun bir qolu ilə yarımfinala vəsiqəni təmin etdilər.Fransızlar bu qollardan yalnız birinin əvəzini çıxmağı bacardılar... Digər İtalyan təmsilçisi - "İnter" isə İspaniyada "Vilyareal"ın qonağı oldu. Oyunda hesab 58-ci dəqiqədə açıldı. Meydan sahiblərindən Arruabarrena fərqləndi. İlk oyunda 1:2 məğlub olmasına baxmayaraq, rəqib meydanında vurulmuş qolun üstünlüyü ispanları yarımfinala çıxardı... Digər 1/4 finalçılar bu gün keçiriləcək oyunlardan sonra məlum olacaq.

Paylaş