GÜLÜ GÜLLƏLƏMƏLİMİ, GÜLLƏ ƏLLƏMƏLİMİ?

single-news
9 Sen 2008

GÜLÜ GÜLLƏLƏMƏLİMİ, GÜLLƏ ƏLLƏMƏLİMİ?



SALEH ASLAN

 

 Ötən həftənin ən gurultulu və guppultulu mövzularından biri Türkiyənin gül kimi prezidenti cənab Abdulla Gülün Ermənistana səfər etməsi idi. Hətta mövzu o qədər şişdi ki, Türkiyə sərhədlərini aşıb biz tərəflərə və daha neçə-neçə ölkələrə yayıldı. Siyasətlə idmanın fərqinin olmadığı elə həmin həftədəcə bəlli oldu. Əli qələm, dili söz tutan hər kəs bu mövzuda yazdı, dartdı və dartışdırdı. Siyasətdən yazan həmkarlarımın da bir həftə futbol yazarı kimi görmək necə də gözəl hiss idi, İlahi! Otudum, durdum, bir də oturdum və durandan sonra qərara gəldim ki, mən də bu mövzuda yazım. Kimin oğlundan əskiyəm ki?! Nəhayət, oturdum.

Türkiyə mətbuatı bu bir həftə ərzində qalmışdı «şpaqat»da – bilmirdi Gülə dəstəyi hansı tərəfdən versin. Kimisi dedi ki, gəlin kürəkdən verək, kimisi də başqa yeri təklif etdi. Sonda razılaşa bilmədilər – hər zamankı kimi. Bizim məşhuri-cahan mətbuatımızda isə birmənalı mövqe ortaya qoyulmuşdu: Gülün İrəvana gedişi türkün türkə dəstəyinin yerə batması deməkdir!

Bir az siyasətçi-fasonluq edim. Əvvəla, indiki dığastanın, əvvəlki İrəvan xanlığının baş dığası sərkisyanın (tüpürüm o jurnalistikaya ki, məndən cinsindən, dinindən və irqindən asılı olmayaraq, hər kəsə eyni gözlə baxmağı tələb edir. Mən ölüm, qulağıkəsiklə daha vacib orqanının ucu kəsilmiş kişiyə eyni gözlə baxmaqmı olar?!) qanında erməni qanı axdığına bir daha əmin oldum. Nöşün ki, tarix boyu əllərinə düşən fürsəti fövtə verməyən dığalar bu dəfə də imkanı əldən qaçırmadılar. Yenə özlərini qonaqpərvər kimi gözə soxmağa çalışdılar. Son aylar Qafqazda baş verənlərin fonunda Türkiyənin bu bölgə ilə bağlı layihə hazırlaması, bəlkə də, Gülün İrəvana dəvət edilməsi üçün təkanverici qüvvə oldu. Ehtimal: Qafqazda sülhün hökm sürməsində maraqlı olduğunu bəyan edən Türkiyə hökuməti yanlışı onda buraxdı ki, bölgədə ermənistan adlı parazitin mövcudluğunu ciddi qəbul etmədi. Məlum məsələdir ki, Turkiyə kimi güclü dövlət ona həmsərhəd olan regionda sülhün təminatçısı qismində iştirak etməkdə maraqlıdır və bəlkə də, bu marağı onda gücləndirən ABŞ-dır. Türkiyəni əsrlərdir rusların nəzarət etdiyi bölgəni qismən də olsa, öz qanadı altına almasını okeanın o tayındakıları nə qədər çox maraqlandırmasından söz açmaq uzunçuluq olardı. Közü maşa ilə tutmaq məsəli… Offf, sıxıldım siyasətçi-fason yazmaqdan. Qadasın alaram öz üslubumuzun. Getdik eee!

Gül İrəvana getdi. Hara getdi? İrəvana! O haradır? Qədim Azərbaycan, yəni türk torpağı! İxtiyarı yoxdurmu? Var! Vallahi və billahi, bu gün mənə də təklif göndərsələr, gülləkeçirməz şüşə altından da olsa, dədələrimin ayağının tozu hopan o torpaqları görməyə razılıq verərdim! Kimin etirazı varsa, getsin əl-üzünü yusun.

Özümə müxalifətçilik də edim ki, balanslaşdırma olsun. Gül bilməz, bizlər ki şişlə kababın yandırmamağın üsulunu bilirik. Çankaya köşkünün indiki sakini olan cənab Abdulla Gülün İrəvana yollanmasını yalnız bir səbəbə görə həzm edə bilmirəm. Ki, onu da ərz edim. Abdulla bəy 3 saatlıq səfərində prezident statusundan istifadə edərək, stadiona azarkeş kimi getmişdi. Və bu, özü Türkiyədə, ürəyi isə İrəvanda olan miyonlarla Türkiyə türkünün haqqının tapdanması idi. Məhz buna görə də cənab Gül «stadionda türk azarkeşi olmazsa, mən də olmaram», - deyib ermənilərə üç barmağın birləşməsini göstərməli idi. Ziddiyyət: sərkisyan Gülü və sadəcə, Gülü oyuna dəvət edir. Sual: əgər ermənilər belə qonaqpərvərdirsə, niyə Türkiyədən sıravi azarkeş də dəvət etmədilər? Deməli, dığalara həmin gün sadəcə, Gül lazım idi. Ki, kim bilir neçənci dəfəsə dünyanın gözünə kül üfürüb, «centlmen xalq» rütbəsi alsınlar. Necə ki aldılar!

P.S. Final fiti səslənir. Baş dığa Gülün əlini sıxır, sifətində tülkülüyün sifətə çıxardığı gülüş, ürəyində kin. Stop! Bu səhnəni bugünlərdə hardasa yenə görmüşəm! Tapdım! Çindəki olimpiadada! Baş dığa yerindən qalxıb, Azərbaycan prezidenti İlham Əliyevin əlini sıxır – yenə məğlub kimi! Ay yazıq, səninki də belə gətirib, nə edəsən?!

P.P.S. Görəsən, baş dığanın uzatdığı əli tutan Əliyevlə Gülün o anda ürəyindən hansı hisslər və sözlər keçirdi? Mən, hardasa təxmin edirəm.

P.P.P.S. Oxuculara sual, folklorumuza isə yanıltmac hədiyyəsi: Gülü güllələməlimi, güllə əlləməlimi?

P.P.P.P.S. Bəs edər!

Paylaş

// pop up