GÜNÜ 2 HAZIRLIQLA
GÜNÜ 2 HAZIRLIQLA
“Qarabağ” komandası Azərbaycan Premyerliqasının XXIV turunda qarşılaşacağı “Bakı”yla oyunun hazırlıqlarını davam etdirir. “Standart”la oyundan bir günlük istirahətdən sonra məşqlərini bərpa edən komandamız dünən Suraxanı stadionunda bir məşq keçib. Bu gün isə 2 məşq keçirilməsi planlaşdırılır. Günün ilk hazırlığı “Ruslan-93”də 2 qrup halında keçirilməsi nəzərdə tutulub. Baş məşqçi Rasim Karanın başçılığı altında yüksək əhval-ruhiyyə hazırlaşan komandamız günün 2-ci hazırlığını Suraxanı qəsəbə stadionunda keçəcək. Komandada zədəlilərin durumuna gəlincə. Məlum səbəblərdən dolayı son matçı buraxan Aftandil Hacıyev və Kənan Kərimovun durumu texniki heyəti sevindirir. Belə ki, Hacıyevi “Standart”la görüşdə riskə getməmək üçün Rasim Kara heyətə salmamışdısa artıq müdafiəçi kollektivlə məşqlərdə fəal iştirak edir. Kənan da artıq bu gündən etibarən toplu çalışmalarda iştirak edəcək.
Sonda onu xatırladaq ki, Tofiq Bəhramov adına stadionda baş tutacaq görüş ənənəvi olaraq həftə sonu deyil, birinci gün keçiriləcək. Oyunun saat 17:00-da keçirilməsi nəzərdə tutulub.