Günü 2 məşqlə...
24 Noy 2010
Günü 2 məşqlə...
`Qarabağ`ımız `Neftçi` ilə oyunun hazırlıqlarını davam etdirir. Bazar günü derbidə `ağ-qara`lıları qəbul edəcək komandamız bu gün 2 məşqlə keçirəcək. Artıq komandamız səhər saat onda `Neftçibaza` adlanan kompleksdə məşq edib. Meydanda isinmə hərəkətləri edən komandamız sonra trenajor zalında çalışıb.
Komandamızın 2-ci məşqi isə İdman Akademiyasının meydançasında keçirilməsi nəzərdə tutulub. Məşqin başlama saatı 16:00-a nəzərdə tutulub. Xatırladaq ki, artıq Emin İmaməliyev tam sağalıb. Onun meydana çıxmasında heç bir problem yoxdur. Digər zədəlilərdən Rubins, Maskim, Samir də artıq sağalmaq üzrədir. Əfran hələ ki, məşqlərini fizioterapevt nəzarətində edirsə, əzələsini dartan Ayxan Abbasov artıq `qaçmağa` başlayıb.