HAKAN DEMIR "QARABAĞ"DA. . .

single-news
7 İyl 2006

HAKAN DEMIR "QARABAĞ"DA. . .



Türkiyənin tanınmış futbolçularından biri, Türkiyə superligasında iki dəfə "ASİST KRALI" adı almış oyun qurucu Hakan Demir bu gün "Qarabağ" Futbol klubu ilə rəsmi müqaviləyə imza atdı... Bu gün "Qarabağ" Futbol Klubunun məskunlaşdığı "Patalya" otelində rəsmi imzalanma mərasimi keçirildi.Mərasimdə Klubun Direktoru Emrah Çelikel giriş sözü edərək, Türkiyədə çox tanınmış futbolçunun bu gündən etibarən Azərbaycan Çempionatında klubumuzun şərəfini qoruyacağına görə sevindiyini bildirdi. Sonra Baş Məşqçi Böyükağa Ağayev səviyyəli orta sahə oyunçusu axtarışlarının nəticə verdiyini və bu oyunçu ilə heyətin daha da güclənəcəyini dilə gətirdi. Daha sonra futbolçu yeni komandası haqda fikirlərini bildirdi: "Mən bütün "Qarabağ" rəhbərliyinə,məşqçilərinə mənə etimad göstərdiyinə görə, futbolçulara isə məni çox isti qarşıladıqlarına görə öz dərin minnətdarlığımı bildirirəm. Qısa zaman kəsiyində olduğum vaxtda burada gördüklərimdən belə fikirdəyəm ki, biz bir komanda olaraq böyük uğurlara imza ata biləcəyik. Mən bütün bacarığımla komandanın uğurunda pay sahibi olmağa çalışacağıma söz verirəm." "Gənclərbirliyi", "Bursaspor", "Antalyaspor" klublarının şərəfini qorumuş Hakan Dəmir bu gündən etibarən rəsmən "Qarabağ"lıdır. HAKAN DƏMİR 1975-ci ildə İzmirdə anadan olmuşdur. Futbola 10 yaşında olarkən "Göztəpə" futbol məktəbində başlayab Hakanın ilk professional komandası "Altı Nordu" klubu olmuşdur. Burada iki il göstərdiyi futbol yüksək dəstə klublarının diqqətini cəlb eləmiş və 1992-ci ildə "Altay" futbolçunu heyətinə dəvət etmişdir. 1994-cü ildə "Gənclərbirliyi" klubu ilə müqavilə bağlayan Hakan Demir 2000-ci ilə qədər bu klubun şərəfini qorumuşdur.2000-2002-ci ildə "Bursaspor", 2002-2006-cı ilə qədər isə "Antalyaspor"da top qovmuşdur... Super Ligada 32 qol vuran oyunçu 2 dəfə ASİST KRALI adını almışdır. 5 il dalbadal ƏN CENTLMEN FUTBOLÇU adına da məhz HAKAN DƏMİR layıq görülmüşdür...

Paylaş