Hakan Şükür 700min`ə danişır...

single-news
23 Dek 2008

Hakan Şükür 700min`ə danişır...



Azərbaycanın tanınmış idman portallarından biri Fanat.az Türkiyədə idman şərhçilərinin gəlirlərinin araşdırıb. Araşdırma zamanı aydın olub ki, qardaş ölkədə ən çox maaş alan NTV telekanalında yayımlanan `100  % futbol` proqramının şərhçisi, `Fənərbaxça`nın keçmiş oyunçusu Ridvan Dilmən dz TRT-nin `Stadyum` proqramında şərhçiliklə məşğul olan keçmiş `Qalatasaray`lı Hakan Şükürdür - hər ikisinin illik maaşı 700 min dollardır.
Bu sıralamada üçüncülük Liq TV-d
ə yayımlanan `Maraton` proqramının şərhçisi, qalmaqallı çıxışları ilə məşhur olan Erman Toroğlunun
illik qonorarı da `ağız sulandırır` - 500 min dollar.
NTV Spor-da keçmiş `Beşiktaş`lı S
ərgən Yalçın illik 200 min dollara, keçmiş `Qalatasaray`lı Hakan Ünsal isə 150 min dollara şərhçiliklə məşğuldur. 

 Şhow TV-d
ə efirə gedən `6 pas` proqramının şərhçisi, ötənlərin məşhur futbol hakimi Ahmed Çakarın qonorarı 350 min yeni türk lirəsi, yaxud 220 min dollardır. NTV-nin `90 dəqiqə` proqramının şərhçiləri Hincal Uluç və Haşmet Babaoğlu hərəyə 300 min YTL (təqribən 140 min dollar) alarkən, aşağıdakı şərhçilərin qonorarı bir proqramma görə 750-1500 dollar arasında dəyişir:

- Öm
ər Üründül, Mehmet Demirqol, TRT, `Stadyum` verilişi;
- Ziya Şengül, Tanju Çolak, Cem Papila, Gökmen Özdanak, `Kanaltürk`, `Teleqol` verilişi;
 - Adnan Aybaba, Ersen Çelik, Engin Verel, Hayri Hiçler, FOX TV, `Tribün ateşi` verilişi.

 

 fanat.az

Paylaş

// pop up