HAKAN ŞÜKÜR VƏ HASAN ŞAŞ İNGİLTƏRƏDƏ...

single-news
10 Yan 2008

HAKAN ŞÜKÜR VƏ HASAN ŞAŞ İNGİLTƏRƏDƏ...



“Qalatasaray”ın təcrübəli futbolçuları Hakan Şükürlə Hasan Şaş karyelarını ölkədən kənarda davam etdirə bilərlər. Belə ki, onların hər ikisinə Premyer-Liqa klublarından təkliflər var. 36 yaşlı Hakan Şükürlə “Midlsbro” klubu maraqlanır. Baş məşqçi Qaret Sautgeyt komandasının hücum xəttindəki problemi həll etmək üçün ucaboylu bir forvard transfer etmək istəyir ki, onun da ilk namizədi məhz “Kral”dır. Hazırda Hakanın meneceri ilə danışıqlar aparan ingilislər onun ilkin razılığını alıblar. Hakanın İngiltərədə çıxış təcrübəsi olduğu üçün özü də bu varianta üstünlük verir. Xatırladaq ki, Türkiyə futbolunun ən məşhur siması 2002/2003 mövsümündə “Blekbörn” klubunda oynayıb. Hakan Şükür “Midlsbro”nun təklifini qəbul etsə, keçmiş “Fənərbağça”lı Tuncay Şanlının komanda yoldaşı ola bilər. Hasan Şaşa maraq göstərən İngiltərə komadası isə “Blekbörn”dür. Bu komandada neçə illərdir çıxış edən türkiyəli yaarımmüdafiəçi Tuqay baş məşqçi Mark Hyuza Hasanı almağı tövsiyyə edib. Məlum olub ki, 31 yaşlı futbolçuya görə “Blekbörn” “Qalatasary”a 2.5 milyon avro transfer haqqı da təklif edib. Mövsümün sonunda Hasan Şaş karyerasını İngiltərədə davam etdirməyi qərarlaşdırsa da, yəqin ki, məhz “Blekbörn”ün təklifini qəbul edəcək.

Paylaş

// pop up