HAKAN ŞÜKÜRDƏN ŞOK XƏBƏR
HAKAN ŞÜKÜRDƏN ŞOK XƏBƏR
Türk futbolunun rekordsmeni və milli komandanın əfsanəsi olan Hakan Şükür bu günlərdə hamını təəccübləndirən qərar qəbul edib. Son vaxtlar ona qarşı haqsız tənqidlərlə razılaşmayan təcrübəli forvard “Qalatasaray”ı tərk etmək qərarına gəlib.
Karyerasını başa vurub-vurmamaq məsələsinə gəlincə isə hər şeyin mövsümün sonunda bəlli olacağı qeyd edilib. Superliqanın cari mövsümünə beş qol vurmaqla uğurlu başlayan “kral” çempionatın tarixi ərzində ən çox qol vuran Mətin Oktayın rekordunu qırmaqla nəyə qadir olduğunu sübuta yetirdi. Yaşlı olsa da, yığmada da inamlı təsir bağışlayan Hakan daha çox “Beşiktaş”la oyun öncəsində heyətdə kənarda qaldığına və zədəsinin olduğu dönəmdə yaranmış tənqidlərə üzüldü. Halbuki baş verən olaylardan əvvəl klub rəhbərliyindən Adnan Polat forvardla heç bir problemin olmadığını qeyd etmişdi. Sən demə, Hakan belə bir şok qərarı “Trabzonspor”la oyundan əvvəl qəbul edib. Sadəcə olaraq komanda daxilində psixoloji gərginlik yaratmamaq üçün “Kral” qərarını sonra açıqlayıb. Hələlik Şükür özü bu haqda heç bir rəsmi açıqlama verməyib. Bunun yaxın günlərdə baş verəcəyi gözlənilir.