Hakanla Sokolov məşqlərə başladılar (çempion, 14.08.2006)

single-news
14 Avq 2006

Hakanla Sokolov məşqlərə başladılar (çempion, 14.08.2006)



Qoqa Berayanın dönüşü isə noyabra qaldı Zədə epidemiyasından əziyyət çəkən “Qarabağ”da, deyəsən, işlər qaydasına düşməkdədir. Bildiyiniz kimi, Azər Məmmədov, Qoqa və İrakli Berayalar, Hakan Dəmir, habelə Sergey Sokolov analoji problemn ucbatından komandanın məşqlərində iştirak edə bilmirlər. Lakin dünən klubun mətbuat xidmətinin rəhbəri Asif Əsgərovlə əlaqə saxlayarkən Qoqa Berayadan başqa, bütün futbolçuların sıraya döndüyünü öyrəndik: “Bəli, bizdə kifayət qədər futbolçu zədədən əziyyət çəkirdi. Şükür Allaha artıq bu problemlər arxada qalmaqdadır. Bildiyiniz kimi son turda “Şahdağ”a qarşı oyunda Sergey Sokolov zədələnmişdi. Sergeyin zədəsi ciddi deyil və o, komandanın məşqlərində iştirak edir. Hakan Dəmir də demək olar ki, tam sağalıb və dördüncü turda meydançaya çıxacaq. İrakli Berayanın dizində hələ də problem var idi. Buna görə də onun dizinə mil qoyulmuşdu. Artıq mili Berayanın dizindən çıxarıblar və o da özünü çox yaxşı hiss edir. Bu gündən gürcü də məşqlərə başlayır. O ki qaldı Qoqanın məsələsinə, onun zədəsi çox ciddidir. Qoqo Türkiyədə Mehmət Binnət tərəfindən əməliyyat olunub. Futbolçunun müalicəsi indi də davam edir”.

Paylaş