HAKİM RƏZİLLİYİ VƏ ŞANSSIZLIQ

single-news
27 Avq 2007

HAKİM RƏZİLLİYİ VƏ ŞANSSIZLIQ



“Qarabağ” bu dəfə də qələbə qazana bilmədi. Halbuki, hər kəs qələbəyə çox inanırdı. Amma, çox təəssüflər olsun ki, meydanda tərəflərə bərabər oynamaq imkanı verilmədi.

Oyunun ilk 15 dəqiqəsi dah çox meydanın mərkəzində cərəyan etdi. Meydanın mərkəzində gedən gərgin oyun tərəflərin tez-tez cəriməyə məruz qalmasına səbəb olurdu. Bu anlarda isə oyunu idarə edən hakim Eldar Nağıbəyovun meydan sahiblərini xeyrinə birtərəfli olaraq qərarlar qəbul etməsi heç kimin diqqətindən yayınmadı...

Baş məşqçimiz Rasim Kara ötən oyunlarla müqayisə də dəyişikliklərə əl atmışdı. Belə ki, 18 yaşlı Əfran İsmayılov cari mövsüm ilk dəfə start heyətində meydan çıxdı. Bəribaşdan qeyd edək ki, gənc futbolçu çempion eyni zamanda liderlə matçda özünü yaxşı  tərəfdən göstərdi. Eyni zamanda ilk iki turda mübarizə aparmış Tagim Novruzovun yerinə Qoqa Beraya start heyətində meydana çıxmışdı.

Görüşdə ilk zərbəni qapıya Junior vurdu. Lakin onun zərbəsi zamanı Vəliyev düzgün mövqe tutmuşdu. Tezliklə, komandamız da cavab vermək imkanı qazandı. Lakin, Vaqif Həşimovu keçsə də boş mövqedə olan Kənana ötürmə vermək əvəzinə lazımsız zərbə vurdu. Az sonra isə Əfran İsmayılov cərimə meydançası həndəvərindən qapını nişan ala bilmədi. Əvəzində meydan sahibləri gözlənilmədən hesabı açdılar. Müdafiəçilər topu qaytarsalar da Elmar Baxşiyev cərimə meydançasının küncündən yerlə dəqiq zərbə vurdu,1:0. Qoldan sonra tərəflər xüsusi qol epizodu yarada bilmədi.

İkinci yarıya komandamız çox fəal başladı. Və hər şey 51-ci dəqiqə də dəyişə bilərdi.  Vaqif bir müdafiəçini keçərək qapıçı ilə təkbətək vəziyyətdə qalsa da Kamran Ağayevi məğlub edə bilmədi. Bu epizodun boşa verilməsi və “hakim” eldar nağıbəyovun daim komandamızı “sındırmağa” cəhd etməsi qapımıza 2-ci qolun vurulmasına səbəb oldu. Oyunun ən yaxşısı Junior cərimə meydançası daxilində elə də güclü olmayan zərbəsi zamanı top Timur İsrafilova dəyərək tora daxil oldu.

Qoldan dərhal sonra Puponu meydana buraxan Rasim bəy oyunun canlandırmağa səbəb oldu. Liberiyalının dərin ötürmələri zamanı rəqib çətinlik çəkməyə başladı. 69-cu dəqiqədə isə 18 aydır yaşıl sahələrdən uzaq qalan İrakli Beraya milli çempionata geri dönmək şansını qazandı. Gürcü forvard isə sanki il yarım ildi meydandan uzaq qalmamışdı. Daim rəqibə təzyiq göstərən 23 yaşlı hüçumçuya qarşı bir epizodda qapıçıyla üzbəüz qalacağı epizodda kobud oynasalar da hakim kart göstərməyi ağlından belə keçirmədi. Halbuki, az sonra sakitcə hakimə rəqibin vaxtı uzatdığını bildirməsi müqabilində eldar nağıbəyov sarı kart göstərdi. Cəmi bir neçə dəqiqə öncə isə  Puponun ötürməsi zamanı Kənan Kərimov qapıçı ilə təkbətək çıxdığı zaman Emin Quliyev tərəfindən yerə endirilməsinə nağıbəyov sadəcə cərimə zərbəsi təyin etməklə kifayətləndi.

Oyunda son təhlükəli epizod qapımız qarşısında yarandı. Zaur Ramazanovun zərbəsi dirəkdən geri qayıtdı.

Paylaş

// pop up