HAKİM VƏ FUTBOLÇU CƏZALANDI
13 Dek 2007
HAKİM VƏ FUTBOLÇU CƏZALANDI
Çempionatın son turunda “Karvan – Masallı” matçında baş vermiş olay haqqında AFFA-nın Nizam-İntizam Komitəsi (NİK) qərar çıxarıb. Adı çəkilən matçda qonaqların oyunçusu Bəxtiyar Mehrəliyevin matçın son dəqiqəsində görüşün baş hakimi Feyzulla Feyzullayevə qarşı fiziki təzyiq göstərməsi futbolçuya baha başa oturub. Mehrəliyev 10 oyunluq cəzalandırılmaqla yanaşı 10000 manat cərimə olunub. Lakin bunu protokolda qeyd etməyən hakim də buna görə də cərimələnib. Nİk-in qərarına görə baş hakimin baş verənləri görməməsi referinin 10 oyunluq cərimələnməsinə səbəb olub. NİK başverənləri videoyazı vasitəsiylə meydana çıxarıb və qərar verib.