HAKİMİN “GÖRMƏMƏZLİY”İ “QARABAĞ”I MƏĞLUB ETDİ
12 Fev 2007
HAKİMİN “GÖRMƏMƏZLİY”İ “QARABAĞ”I MƏĞLUB ETDİ
“Qarabağ” Futbol Klubu ikinci dövrəyə səfərdə “Karvan” matçıyla start verdi. Cempionatın ilk yarısından sonra komanda da köklü dəyişiliklər edən klubumuz yevlaxlılarla matçda mütləq olaraq qələbəyə köklənmişdi. Baş məşqçimiz Rasim Kara start heyətində yeni transferlər Vaqif Cavadov və Nodar Məmmədovla yanaşı klubun gənclər heyətindən yetişən Maksim Medvedevə yer vermişdi.
Görüş meydan sahiblərinin zərbəsiylə başladı. 3-cü dəqiqədə ilk hücüm sonunda qazanılmış künc zərbəsi sonucunda yaranmış qatışıqlıkdan istifadə edən Yakuba Bamba hesabı açdı,1-0.
Bundan sonra tərəflər 14-cü dəqiqəyə qədər meydanın mərkəzini ələ keçirmək uğrunda mübarizə apardılar. Lakin bu andan 35-ci dəqiqəyə qədər meydanda diqtə edən tərəf “Qarabağ” idi. 14-cü dəqiqədə Hakan-Vaqif-İliç kombinasiyasənən sonunda Bojanın zərbəsi dəqiq olmadı. Artıq 1 dəqiqə sonra İliçin asmasını bu dəfə Nodar tamamlaya bilmədi. Serbiyalı növbəti dəqiqədə Kərimovu təkbətəkə çıxarsa da Kənan qapıçını keçsədə iti bucaq altında zərbəsi dəqiq olmadı. 2 dəqiqə sonra İliç bu dəfə Qoqanı zərbə mövqeyinə çıxardı. 20-ci dəqiqədə Cavadov bir hərəkətlə 2 müdafiəçini arxada qoysada Kənanla bir-birini başa düşmədi.
Lakin, görüşün ən həlledici məqamı 43 dəqiqədə yetişdi. Əla kombinasiya nəticəsində 4 futboçumuz (!), Hakan, Kənan, Vaqif, İliç, qapıçıyla təkbətək çıxsa da arxada yetişən “Karvan”ım müdafiəçisi topla hərəkət edən Hakanı formasından dartmaqla yanaşdı, sərt hərəkətlə, futbolçunu yerə sərdi. Lakin, çılpaq gözlə hər kəsin penalti və qırmızı vərəqə kimi dəyərləndirdiyi epizodda görüşün baş hakimi Vüsal Əliyev “davam” qərarını verdi.
İlinci yarıya da hücumlarla başlayan komandamız 49-da Vaqiflə, 52-də isə Qoqayla qola yaxın oldu. Elə sonuncu hücum sonrası “vurmayana vurarlar” prinsipi işə düşdü. Əks-hücum zamanı Yakuba Bamba fərqi artırdı. Bundan sonra hər iki tərəfin oyununda bir sakitlik meydana gəldi. Vadim Vasilyev və sonradan meydana çıxan Rauf Əliyev 2 dəfə qola yaxın olsa da matçda hesab dəyişmədi.