HAKİMİN "QARABAĞ" DAMĞASI . . .

single-news
18 Dek 2005

HAKİMİN "QARABAĞ" DAMĞASI . . .



Oyun sakit məcrada başladı. Bunun nəticəsi idi ki, oyunda ilk real təhlükəli vəziyyət 19-cu dəqiqədə yarandı. Lakin Müşviq - Denis ikiliyi sonda topu qapıdan keçirə bilmədilər. Bir dəqiqə sonra isə, Kravçenkonun ötürməsini Samir zərbə ilə tamamladı. 26-cı dəqiqədə Müşviqin ötürməsinə qapıçı daha tez çatdı. Əks halda, Samir qapıçı ilə təkbətək qalacaqdı. 30-cu dəqiqədə isə, gözlənilən qol vuruldu.Cərimə meydançasında Voskoboynikə qarşı aşkar kobudluq 11-metrlik cərimə zərbəsi ilə nəticələndi ki, Samir Musayev rəqibi bağışlamadı: 1:0. Hissənin son dəqiqələrində isə, hesab arasındaki fərq bir qədər də artırılmlı olduğu halda, Müşviqin və iki dəfə ardıcıl olaraq Samirin zərbələrini qapıçı tuta bildi... İkinci hissə başlayan kimi, "Qarabağ" hesabı artırmaq üçün irəli atıldı. Bu da az qala öz nəticəsini verəcəkdi. Lakin Müşviqin mükəmməl zərbəsini qapıçı qaytarsa da, 3 metrlik məsafədən Vasif Haqverdiyevin zərbəsinin qapı tirinə tuş gəlməsinə görə oyunçumuza heç bir haqq qazandırmaq olmur. Bundan iki dəqiqə sonra- 52-ci dəqiqədə Müşviqin qapıçını da arxada qoymaq istəyini qapıçı cərimə meydançası həndəvərində açıq-aşkar əllə tutaraq saxlamasını hakim yalnız sarı vərəqə ilə qiymətləndirdi. Bundan sonra Sumqayıt futbolçuları bir neçə epizodda topu əllə saxladığı halda da hakim heç bir tədbir görməməsi şübhələrə səbəb olmağa başladı. Bütün bunların pik nöqtəsi isə 76-cı dəqiqədə baş verdi. Samir Musayevin rəqib qapıçısından topu alaraq, qapıdan keçirməsini hakim cərimə zərbəsi olaraq qeydə aldı. Halbuki bu epizodun bir neçə dəfə təkrarına baxış zamanı da hücumçumuzun rəqibə toxunmaması görsənir. Matçın 80-ci dəqiqəsində Kravçenkonun künc zərbəsindən ötürməsini Voskoboynik əla zərbə ilə tamamladı. Lakin bu dəfə hakim deyil, bəxt qonaqların tərəfində oldu. Top matçda ikinci dəfə qapı tirinə tuş gəldi... Hakimin açıq-aşkar kobud səhvləri nəticəsində "Qarabağ" bu matçda qələbə qazana bilmədi...

Paylaş

// pop up