HAKİMLƏR CƏZALANIB

single-news
10 Okt 2008

HAKİMLƏR CƏZALANIB



Dünən AFFA-nın Hakimlər Komitəsinin iclası keçirilib. Toplantının yekununda FİFA referisi Fariz Yusifovla milli dərəcəli hakim Anar Salmanovun cəzalandırılması haqda qərar çıxarılıb.
Yusifov “Bakı” - “Olimpik” (3:1) oyununda yol verdiyi nöqsanlar ucbatından 5, Salmanov isə “Qarabağ” – “Simurq” (0:2) görüşündə buraxdığı səhvə görə 3 tur Premyer Liqa komandalarının əsas heyətləri arasında keçirilən çempionatın oyunlarından kənarda qalacaq.
Bu, 28 yaşlı Salmanovun cari mövsümdə ikinci cəzasıdır. O, ilk dəfə metodiki səhvə, daha doğrusu, oyunun protokolunu doldurarkən yol verdiyi nöqsana görə diskvalifikasiya olunub.
Hər iki cəzalıya hakimlik praktikasını itirməmək üçün aşağı liqa komandalarının görüşlərinə təyinat verilməsi barədə qərar çıxarılıb.

Paylaş

// pop up