Hakimlər Komitəsinin sədri klubumuzun bazasında olub

9 Yan 2020
Hakimlər Komitəsinin sədri klubumuzun bazasında olub
Bu gün AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik klubumuzun bazasında olub. Komitənin sədrinin iştirakı ilə "Qarabağ"ımızın əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib. Seminarda hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında müzakirələr aparılıb və komandamıza məlumatlandırıcı videolar təqdim olunub.