Hakimlər məlum oldu

single-news
18 Noy 2010

Hakimlər məlum oldu



Premyer Liqanın XIV turun oyunlarına təyinatlar açıqlanıb. Turun əsas qarşılaşmaları FİFA referilərinə tapşırılıb. Belə ki, "Neftçi" - "Qəbələ" oyununu beynəlxalq dərəcəli hakim Fariz Yusifov idarə edəcək. AZAL - "Qarabağ" isə futzal üzrə FİFA referisi Elçin Məmmədov fit çalacaq.
çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev MOİK - "Bakı" oyununa təyinat alıb. "Xəzər Lənkəran" - "Muğan" matçı Rövşən Əhmədova tapşırılıb. "İnter" - "Turan" oyununda isə ədaləti Rauf Cabbarov qoruyacaq.
FİFA referisi Vüsal Əliyev isə "Neftçi" - "Qəbələ" oyununda dördüncü hakim olacaq.

20 noyabr (şənbə)
"İnter" - "Turan"
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Mübariz Haşımov, Elvin Əsgərov
"Şəfa" stadionu. Saat 16:00

MOİK - "Bakı"
Hakimlər: Əfqan Həmzəyev, Zeynal Zeynalov, Elşən Durmuşov, Tahir Əhmədov
T.Bəhramov adına Respublika stadionu. Saat 14:00

"Simurq" - "Gəncə"
Hakimlər: Ceyhun Haşımov, Habil Əliyev, Ramiz Əsədov, Rasim Məmmədov
Zaqatala şəhər stadionu. Saat 14:00

21 noyabr (bazar)
"Neftçi" - "Qəbələ"
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, İlham Əliyev, Vüsal Əliyev
T.Bəhramov adına Respublika stadionu. Saat 16:00

"Xəzər Lənkəran" - "Muğan"
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Coşqun Həsənov, Teymur Fərhadov
Lənkəran şəhər mərkəzi stadionu. Saat 16:00

AZAL - "Qarabağ"
Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Yaşar Abbasov, Alik Yunusov
"Şəfa" stadionu. Saat 14:00

Paylaş

// pop up