HAKİMLƏRDƏN NORMATİV GÖTÜRÜLDÜ
3 Noy 2008
HAKİMLƏRDƏN NORMATİV GÖTÜRÜLDÜ
Hər ay olduğu kimi,noyabrın 1-də ədalət təmsilçilərindən AFFA Hakimlər Komitəsi tərəfindən növbəti dəfə test-normativlər götürülüb.Federasiyanın rəsmi internet saytının yaydığı məlumata görə,Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən imtahanın nəticələri qənaetbəxş olub.
Belə ki,bütün referilər tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.Fuad Həsənov,Əliyar Ağayev,Tahir Əhmədov,Rauf Cabbarov,Tağı Məmmədov,Zeynal Zeynalov və Knyaz Əmiraslanov 12 dəqiqə ərzində 3000 metrdən artıq məsafəni qət etməklə digər həmkarlarından fərqlənib.Dünən isə hakim köməkçilərindən oxşar test normativləri götürüldü.