HAMDİ SERPİL TÜZÜN: “AZƏRBAYCANDAKI İNSANLARA VURULDUM.”

single-news
21 Fev 2005

HAMDİ SERPİL TÜZÜN: “AZƏRBAYCANDAKI İNSANLARA VURULDUM.”



HAQQINDA: 1939-cu ildə İstanbulda anadan olmuşdur . 1969-cu ildən etibarən Türkiyə Futbol Federasiyasında məşqçi kurslarını bitirib, 1972-ci ildən baş məşqçi diplomu alıb.Baş məşqçi işlədiyi klublar: Bağlarbaşı, Sivasspor, Antalyaspor, Beyköz, "Beşiktaş" profesional klubu(1979-1980) 1975-ci ildə BJK Özkaynak Düzənini(uşaq futbol məktəbi) yaratdı. 1994-cü ilə qədər oranın başçısı kimi çalışdı. Rza Çalımbay(BJK baş məşqçisi), Gökhan (yardımçı BJK), Sinan, Feyyaz, Ali, Fikret, Sergen, Gökhan ve digərlərini Türkiyə futboluna bu illərdə qazandırıb. 1972-73-cü ildə A Gənc Milli komandanın Baş Məşqçisi; 1985-86-cı ildə B Gənc Milli komandanın Baş Məşqçisi; 1990-1995-cı il Bütün Gənc Milli komandaların Baş Məşqçisi işləyib. Bu illərdə: -1992-ci ildə A Gənc Milli komandasını Avropa çempionu, -1993-cü ildə A Gənc Milli komandasını Avropa 2-cisi; -1994-cü ildə B Gənc Milli komandasını Avropa çempionu etdi. Bu illərdə Okan Buruk, Emre Aşık, Fatih Tekke, Oqtay Derelioğlu, Yıldıray Baştürk kimi oyunçuları Türkiyə futboluna tövhə edib. SÖHBƏT: Azərbaycan haqqında təəsüratınız... - Azərbaycana ilk olaraq, 90-cı illərin əvvəllərində gəldim. Məqsədimiz burada futbolun hansı durumda olduğunu öyrənmək, bildiklərimizi mübadilə etmək idi. O zaman Azərbaycan hələ UEFA-ya daxil deyildi. Amma istək çox böyük idi. Sonradan UEFA-nın vitse-prezidenti Şenes Erzik beyin de böyük köməkliyi ilə bu istək reallaşdı veə bundan sonra əlaqələrimiz daha da artdı. O zamanla indi arasında fərqin olduğunu deyə bilərikmi? - Mən Azərbaycan futbolunun inkşafını ilbəil izləyirdim. Çünki hər il biz gənc milli komandalar arasında dostluq matçları təşkil edirdik və bunun vasitəsilə baş verənləri görmək imkanım var idi. Artıq bir aydır ki, Azərbaycandayam. İndi “Qarabağ” komandası vasitəsilə daha yaxından izləmək imkanı əldə etmişəm. Gənc oyunçularda olan potensialı görüb yaxşı nəticələrə çatacağımızı düşünürəm. “Qarabağ”lı olduqdan sonra, ilk səfərinizi Ağdama etmək təşəbbüsünüzü irəli sürdünüz. - Bu mənim içimdən gələn bir istək idi. Oradakı insanların bizə öz qucaqlarını açması, insanlarla ünsiyyət xatirimdən heç zaman silinməyəcək. Azərbaycandakı insanlara vuruldum. Orada həmçinin “Qarabağ-2” komandası ilə Ağdam kəndlərinin yaratdığı komanda ilə dostluq matçı da təşkil etdik.Orada da böyük potensialın olduğunu gördüm. Siz gələndə “Qarabağ”in uşaq futbolunda durum necə idi? - 17, 15 və 12 yaşlılardan ibarət komanda mövcud idi. Amma mən buradakı potensialın daha böyük olduğunu düşünürəm. Ona görə də seçmələr edəcəyik. İlkin olaraq, Bakıda bu seçmələri aparacağıq. Düşünürəm ki, aprel-may aylarında da rayonlara səfər edib, oradakı perspektivli uşaqlar arasında baxış keçirəcəyik. Azərbaycanın futbolunun gələcəyini necə görürsünüz? - Buradakı potensialı görüb çox əminliklə deyə bilərəm ki, çox şeylər gözləyirəm. Burada futbola böyük maraq var, inkşafa istək var. Biz də “Qarabağ” olaraq, Azərbaycan futbolu adına, işlər görmək, mövcud potensialı uygun istiqamətə yönəltmək istəyirik.

Paylaş

// pop up