HAMI QƏLƏBƏDƏN DANIŞDI

single-news
9 Avq 2007

HAMI QƏLƏBƏDƏN DANIŞDI



Ötən müvsüm daha çox eksperimentlərə baş vuran və gənc futbolçulara şans verərək onları ölkə futboluna qazandırmaq istəyən komandamız da artıq hər kəs qələbəy köklənib. Bunu həm məşqçilərin istərsə də futbolçuların fikirlərindən anlamaq olar.  

İLk öncə klubumuzun baş məşqçisi Rasm Karanın fikirlərini bilmək maraqlı olardı: ”İlk oyunlarda hər zaman bir həyəcan olur. Ümidvaram ki, yeni başlayacaq çempionat Azərbaycan çempionatına xeyirli, uğurlu olar. Bizə gəlincə, mütləq olaraq qələbə düşünürük. Düzdü, “Simurq” yaxşı komandadır. Yaxşı transferlər ediblər. Lakin bu bizi heç də qorxutmur. İnşaallah, ilk 3 xalımıza qazanıb geri dönərik.”

Komandamızın məşqçisi Tayfun Gürsəl isə uduzmayacaqlarını bildirdi.” Ötən mövsümdəki matçda onlara məğlub olsaq da komanda yaxşı təsir bağışlamışdı. Bu dəfə yaxşı oyunla birgə 3 xala da sevinəcəyik.  Yeitrmələrimizin bunu öhdəsindən gələcəyinə inanıram”

Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Aslan Kərimov da inamlı idi: “İlk oyun olduğu üçün istər-istəməz həyəcan olacaq. İnşallah, Qaxdan sərfəli nəticəyə dönərik.   

Komandamızın gənc forvardı Vaqif Cavadov isə qol vurmaqdan danışdı: ” Baş məşqçi şans verərsə, mütləq qol vurmağa çalışacam. Əlbəttə bundan öncə komandanın qələbə qazanması önəmlidir. Ümidvaram ki, Qaxdan gülərüz dönəcəyik.”

Paylaş

// pop up