“Hansısa komanda məğlub olsaydı, çox üzülərdi”

single-news
22 Fev 2025

“Hansısa komanda məğlub olsaydı, çox üzülərdi”



Misli Premyer Liqasının XXIV turunun “Qarabağ” – “Sabah” oyunundan (1:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini açıqlayıb:

 

“Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Belə soyuq havada, xüsusən də, oyunun sonlarında sürəti artırdılar, dinamik futbol sərgilədilər. Dəqiqələr keçdikcə daha sürətli mübarizə oldu. Sanki hansısa komanda məğlub olsaydı, çox üzülərdi. Komandamdan razı qaldım. Bizi dəstəklədikləri üçün azarkeşlərimizə təşəkkür edirəm. Maraqlı oyun alındı”.

Paylaş

// pop up