Hazırlıq çərçivəsində ikitərəfli oyun

single-news
25 Mar 2022

Hazırlıq çərçivəsində ikitərəfli oyun



Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Qarabağ”ımız 2 gündür hazırlığını bərpa edib.

 

Komandamız hazırlığını milli komandalara getməyən 7 futbolçu - Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Kevin Medina, Abdullah Zubir, Kadi Borges, İsmayıl İbrahimli, İbrahima Vadji və "Qarabağ-2"dən heyətə cəlb edilən futbolçularla davam etdirir.

 

Bu gün hazırlıq çərçivəsində "Azersun Arena"da ikitərəfli oyun baş tutub. Əsas komanda əvəzedici heyətdən dəvət olunmuş futbolçulardan ibarət qarışıq heyətlə "Qarabağ-2"yə qarşı oynayıb və 7:1 hesabı ilə qalib gəlib. Qolları Kadi Borges (2), İbrahima Vadji, Abdullah Zubir (2), Seyxan Fərəcov və Mehdi Tahirov vurublar. Əvəzedici heyətin qolunun müəllifi isə U-19 komandasından dəvət edilmiş Bəhram Köçərli olub.

 

Komandalar oyuna bu heyətlə başlayıblar:

 

"Qarabağ": Şahruddin Məhəmmədəliyev, Kevin Medina, Tolqar Yaqubov, Mehdi Tahirov, Sultan Mustafayev, Əli Nəcəfli, İsmayıl İbrahimli, Kadi Borges, Abdullah Zubir, İbrahima Vadji, Seyxan Fərəcov

 

"Qarabağ-2": Luka Quqeşaşvili, İbrahim Hüseynov, Rauf Hüseynli, Vasif Fərəcov, Elmir Abbasov, Hüseyn Əliyev, Ruslan Bayramov, Musa Musazadə, Nurlan Şabanov, Emil Abbasov, Mirmövsüm Caniyev.

Paylaş

// pop up