HAZIRLIQ DAVAM EDİR

single-news
31 Yan 2008

HAZIRLIQ DAVAM EDİR



“Qarabağ” Futbol Klubu günə səhər məşqi ilə başladı. Saat 09:00-da baş tutan hazırlıq bazamızın fitness zalında baş tutdu. Futbolçular məşqçilərin nəzarəti altında təxminən 2 saata yaxın fərqli hərəkətləri yerinə yetirdilər.

Günorta yeməyindən sonra komandamız Suraxanı stadionuna yollandı. Hava şəraitiylə əlaqədar olaraq komanda toplu hərəkətlərə əsaslanmış məşq yerinə yetirə bilmədilər. Belədə futbolçularımız sadəcə müəyyən məsafələrə qaçışlar yerinə yetirdilər.

Dünən günorta saatlarında Bakıya dönən komandamızın baş məşqçisi Rasim Kara artıq hazırlığa nəzarəti ələ alıb. Nəqliyyat problemi ilə üzləşən fiziki hazırlıq üzrə koordinator Mehmet Ak nəqliyyatda yaranmış problem səbəbindən Bakıya sabah gəlməsi gözlənilir.

Onu da qeyd edək ki, hal-hazırda komadamızda baxışa gələn 3 gürcü futbolçuyla birgə 24 futbolçu çıxış edir. Fərhad Vəliyev və Aslan Kərimovun millinin düşərgəsində olduğunu qeyd edək. 

Paylaş

// pop up