HAZIRLIQ MATÇI: "QARABAĞ" 3 : 0 "KONYASPOR"

single-news
3 İyl 2006

HAZIRLIQ MATÇI: "QARABAĞ" 3 : 0 "KONYASPOR"



Bu gün "Qarabağ" Futbol Klubu Türkiyədə ilk hazırlıq maçtı keçirdi... "QARABAĞ" - C.Həsənzadə (V.Kovalyov,46), S.Sokolov, A.Məmmədov, S.Abbasov (H.İsgəndərov, 68), R.Hüseynov (M.Hüseynov,55), Y.Bursuk (X.Mərdanov,46), M.Orucov (N.Yusifov, 76), A.Kərimov, V.Haqverdiyev (R.Hüseynov,46), H.Dəmir (E.Xankişiyev,46), S.Musayev ( K.Kərimov,46). Türkiyə toplantısında üç oyun keçirmək planlaşdıran "Qarabağ" FK ilk görüşünü Türkiyə superligasında çıxış edən "Konyaspor"un gənclərdən ibarət komandası ilə keçirdi. "Konyaspor" komandası ilə oyun hazılrıq dönəmində ilk görüş olduğundan baş məşqçi Boyükağa Ağayev bütün futbolçulara özünü göstəmək şansı verdi. Oyun kəşfiyyat xarakterli başladı. Amma tədricən üstünlüyə yiyələnən komandamız 12-ci dəqiqədə ilk real qol imkanı qazandı. Amma Aslanın ötürməsinə Samir Musayev gecikdi və topu boş qapıdan keçirə bilmədi.21 dəqiqədə Hakan Samir Abbasovun ötürməsini gözəl zərbə ilə tamamladı. Lakin qapıçı topu yandan çıxara bildi. Hissənin ortalarında tamamilə meydanın mərkəzini ələ keçirən komandamız Romal - Hakan - Aslan üçlüyünün ifasında gözəl futbol şousu göstərdi. Lakin hücumun məntiqi nəticəsi kimi qol ilk hissədə olmadı. Əvəzində ikinci hissədə "Qarabağ" Konya futbolçularını "qol yağış"ına tutdu. Əvvəlcə yenicə meydana çıxmış Müşviq Hüseynovun zərbəsi qapı doqquzluğunu "yardı". Bu oyunun 55-ci dəqiqəsinə təsadüf etdi. 72-ci dəqiqədə Ramiz Hüseynov qapıçının önə çıxmasını görüb yandan topu asma əvəzinə qapıya yönəltdi və hesab arasındakı fərq daha da artdı. Matçın son dəqiqəsində isə Elmir Xankişiyevin zərbəsi qapı toprunu üçüncü dəfə silkələdi... Komandamız ikinci yoldaşlıq matçını da "Konyaspor" komandası ilə keçirəcək. Son yoldaşlıq görüşü isə Superliganın daha bir komandası olan "Ankaraspor" komandası ilə olacaq.Bu görüş 07 iyulda keçiriləcək.

Paylaş