HAZIRLIQLAR BAŞLADI
HAZIRLIQLAR BAŞLADI
“Qarabağ” FK-nın futbolçulara “Bakı” matçı sonrası verdiyi 3 günlük istirahət başa çatıb. Dünəndən məşqlərə start verən komandamız gündə bir dəfə olmaqla hazırlıqlarını davam etdirir. Lakin komandamızın tam heyətlə çalışdığını söyləmək olmaz. Belə ki, əsas milliyə çağırılan Fərhad Vəliyev və Aslan Kərimovdan başqa U-21-lə İtaliyaya yollanan Osman Umarov, Maksim Medvedev, Nodar Məmmədov, Tagim Novruzov, Vaqif Cavadov da komandanın düşərgəsindən ayrı düşüb. Əsas komandayla məşq edən Şəhriyar Xəlilovun da U-19-un düşərgəsinə yollanmasından sonra hal-hazırda komandada 18-19 futbolçu qalıb. Klubun məşqçisi Elşad Xudadatovu dinləyək: ”Bakı”yla oyundan sonra futbolçulara 3 günlük icazə vermişdik. Millilərə gedənlərdən sonra düşərgədə cəmi 14 futbolçu qalmışdı. Qoqa və İrakli Beraya qardaşları vətəninə getmişdilər. Lakin bu gündən onlar da məşqlərə qatılacaq.”
Elşad bəy eyni zamanda zədəlilər barəsində danışdı: ” Bilirsiz, Timur İsrafilov uzun müddətdir zədədən əziyyət çəkir. Artıq məşqlərə başlasa da düz yüngül qaçış zamanı belində müəyyən qədər ağrı hiss etdi. Ona da hələlik istirahət vermişik.”