Hazırlıqlar başladı
17 Mar 2009
Hazırlıqlar başladı
`Qarabağ`ımız artıq hazırlıqlara start verib. Bazar günü keçirilmiş `Qəbələ` matçından sonra komandamızın baş məşqçisi Qrban Qurbanov dünən komandaya 1 günlük istirahət vermişdi. Bu gün komandamız bir məşqlə kifayətlənib. Səhərki çalışma Suraxanı qəsəbə stadionunda baş tutub. Təxminən 2 saat davam edən mşqdə daha çox bərpaedici təmrinlərə əsaslanan çalışma həyata keçirilib.
Nəzərinizə çatdıraq ki, məşqdə `Qəbələ` oyununda zədələnən Aslan Kərimovun durumu ciddidir. Kapitan ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Digər zədəli Aftandil Hacıyevın isə sağlamlıqla bağlı bir problemi yoxdur. Baş məşqçi şans verəcəyi təqdirdə müdafiəçi `Simurq`la oyunda meydana çıxa biləcək.