Hazırlıqlar mərkəzi arenada...
10 Mar 2010
Hazırlıqlar mərkəzi arenada...
`Qarabağ` hazırlıqlarını davam etdirir. Premyerliqanın final mərhələsinin ilk turunda sonuncu çempion `Bakı`yla qarşılaşacaq komandamız `Xəzər-Lənkəran`la oyundan sonra bir günlük istirahətdən sonra hazırlıqlarına start verib. Dünən günü Suraxanı qəsəbə stadionunda tək çalışmayla keçirən komandamız bu gün saat 15:00-da tək məşqlə kifayətlənəcək. Məşqin oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda baş tutacağını qeyd edək. Zədəlilərin sağalması və tam heyətlə məşqlərin keçirilməsi texniki heyətin üzünü güldürməyə bilməz. Komadamızın `Bakı`yla oyunda sadəcə bir futbolçunun xidmətindən yararlana bilməyəcəyi dəqiqdi. Belə ki, fevralın 20-sində premyerliqanın təsnifat mərhələsinin sonuncu mərhələsində `Olimpik`lə oyunda 8-ci sarı vərəqəsini alması səbəbindən Elnur Allahverdiyev qarşıdakı turu buraxmaq məcburiyyətindədir.
Qeyd edək ki, komandamız sabah matcöncəsi sonuncu məşqini də mərkəzi stadionda keçirəcək.
Qeyd edək ki, komandamız sabah matcöncəsi sonuncu məşqini də mərkəzi stadionda keçirəcək.