Hazırlıqlarımız davam edir!
17 İyn 2021
Hazırlıqlarımız davam edir!
“Qarabağ”ımızın yeni mövsüm üçün hazırlıq planı bəlli olub. Komandamızın hazırlığının ilk mərhələsi Bakıda keçiriləcək. Bakıdakı hazırlıq çərçivəsində 2 yoxlama oyunu nəzərdə tutulub. “Qarabağ”ımız iyunun 26-da “Keşlə”, 30-da isə “Sumqayıt”la qarşılaşacaq.
Təlim məşq toplantısının 2-ci mərhələsi isə Avstriyada baş tutacaq. 12 günlük toplanış ərzində 3 yoxlama oyunu da nəzərdə tutulub. Komandamız iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə üz-üzə gələcək. İyulun 11-ə nəzərdə tutulan oyunda isə rəqibimiz isə “Arsenal” (Tula, Rusiya) olacaq. Sonuncu rəqibimizin adına daha sonra aydınlıq gələcək.
