HEÇ VAXT UNUDULMAYACAQ

single-news
13 Avq 2008

HEÇ VAXT UNUDULMAYACAQ



Bu tədbir uzun müddət xatirələrdən silinməyəcək. Əslində bu möhtəşəm görüşün bir “nüxsə”si iki il öncə “Qarabağ”ın ölkə kubokunu qazanmamışdan öncə yaşanmışdı. Komandanı önəmli matçöncəsi ruhlandırmaq üçün  klub rəhbərliyi belə bir tədbir keçirmişdi. Nəticə özünü çox gözlətməmişdi. “Qarabağ” ölkə kubokunu başü üzərinə qaldırdı.

İndi, həmin zəfərdən iki il keçib. İndi eyni məqsədlər uğrunda komanda daha da bütünləşib. Bu dəfə yol daha uzun, daha məsuliyyətlidir. Hədəflər böyüyüb. Hər halda “Qarabağ” rəhbərliyinin komandaya verdiyi inanılmaz motivasiya çempionatda mütləq özünü göstərməlidir. Çünki, artıq “Qarabağ”la bağlı olan hər bir şəxs gələn ilin mayında “Qarabağ”ın “qızıl” medalın istisini bihuş olması niyyətindədir.

Bu dəfə hər şey daha maraqlı alındı. “Qarabağ” Futbol Klubunun vitse-prezidenti Tahir Gözel, “Azersun Holding” Şirkətlər qrupunun baş direktoru Fevzihan Aras, eyni zamanda ölkə mətbuatının seçkin nümayəndələrinin qatılımıyla hər kəs unudulmaz gün yaşadı.

Saat 16:00-da təxminən 60 nəfərə yaxın heyət “Qarabağ”ın bazasından hərəkətə keçdi. 17:00-da  bütün səfər iştirakçıları Dübəndi neft terminalına çatdı. Klubun başçısı Tahir Gözel hər kəsi salamladıqdan sonra  futbolçulara, media nümayəndələrinə bu terminalın əhəmiyyəti haqqında böyük məlumat verdi. Bu terminalın ölkəmizin üçün stratejik əhəmiyyətindən, onun qurulmasından, inkişaf prosesindən danışdı. Eyni zamanda Neft  və neft məhsullarının daşınması , saxlanılması və tədarükü haqqında terminalları gəzən heyətə geniş açıqlamalar verildi. Və bunun ölkə iqtisadiyyatı üçün nə dərəcədə önəmli olması haqqında tədbir iştirakçılarını məlumatlandırdı.

Günün sonuncu yarısı isə artıq əyləncə vaxtı idi. Amma buna qədər həm Tahir bəyin, həm də Fevzi bəyin çıxışı oldu. Hər iki rəhbər komandadan bu il sadəcə və sadəcə çempionluq gözlədiklərini, və bu yolda hər kəsin bir yumruq olacaqlarını bildirdi. Fərq qoyulmadan hər kəsin iştirak etdiyi birinci yarışmada  jurnalistlərin böyük taktiki gedişlərinə baxmayaraq finala KİV nümayəndəsi qatıla bilmədi. Ən böyük ənam uğrunda həlledici məqamda Tahir Gözelin hakimliyi ilə  mübarizə aparan futbolçu Namiq Yusifov və operatorumuz Ramin Hacıyevin mübarizəsində “topqovan” qalib gəldi.

Ardınca isə fotokamera uğrunda aparılan mücadilədə 525-ci qəzet”in müxbiri əslən qarabağlı olan Anar Cəfərsoy qalib çıxdı.

Bir futbol komandasının tədbirində futbol oynamamaq mümkündürmü? Əlbəttə, yox. Amma bu dəfə peşəkarlar yox, həvəskarlar “döyüşdülər”. Məşqçilərin – Qurban Qurbanovun, Müşviq Hüseynovun, Elşad Xudadatovun, Nizami Sadıqov və media nümayəndələrinin qarışıq olaraq mübarizə apardığı yarışda jurnalist Mehman Süleymanovun  qapıda göstərdiyi məharətiylə Qurban Qurbanov, Müşviq Hüseynov,  Kənan Məstəliyev (Komanda), Pərviz Eltürk (Futbol+), Ruslan Mikayıllı (Exo), İlkin Vaqifoğludan (Futbol+qol) ibarət komanda 3:0 hesabı ilə qalib gəldi.

Beləcə bu möhtəşəm gün hər kəsin könlündə unudulmaz izlər buraxaraq xoş xatirələrə çevrildi.  Və möhtəşəm gündündən   UNUDULMAZ ANLAR-da  baxa bilərsiniz.

 

Paylaş

// pop up