HƏLƏ DƏ QAXDAYIQ
HƏLƏ DƏ QAXDAYIQ
“Qarabağ” Futbol Klubu Qax rayonunda təlim-məşq toplanışını davam etdirir. Artıq 3 gündür Azərbaycanın bu səfalı bölgəsində hazırlıqlarını davam etdirən komandamızda əla abu-hava hökm sürür. Dünən cəmi 1 hazırlıq baş tutub. Saat 10:00-a təsadüf edən məşq təxminən 2 saat davam edib.
Bu günün planına isə 2 hazırlıq salınıb. Səhər məşqi 10:30-da reallaşıb. Heyətdə olan 24 futbolçunun iştirakıyla keçirilən məşqdə futbolçuların əla formada olması texniki heyətin üzünü güldürməyə bilməz. Maraqlı təmrinlərlə həyata keçirilən məşqdə futbolçuların əzmli olması diqqətdən qaçmadı. Daha çox taktiki hazırlığa yönələn çalışmada uzun ötürmələr, cinah keçidləri və qapıya zərbələrə xüsusi diqqət yetirildi. Məşqin sonunda isə iki tərəfli matç oynanıldı. Məşqi bitirən final fiti 2,5 saatlıq çalışmanın bitdiyi göstərirdi.
Günün ikinci məşqi isə saat 18:00-a planlaşdırıldığını da qeyd edək.
Bu arada proqramda bir dəyişiklik olub. Belə ki, komandamız artıq sabah oyunun keçiriləcəyi Qəbələ rayonuna yollanacaq. Adıçəkilən rayona daha gec yollnaılması planlaşdırılsa da, yerli hava şəraitinə uyğunlaşmaq üçün səfər tarixi daha erkənə dəyişdirilib.