HƏLLEDİCİ ANIN HAKİMLƏRİ
HƏLLEDİCİ ANIN HAKİMLƏRİ
Sabah günün müxtəlif saatlarında ölkə çempionatının sonuncu turunun oyunları keçiriləcək. Ölkə çempionluğunun taleyinin həll olunacağı turda bir sıra taleyüklü qarşılaşmalar baş tutacaq. Şübhəsiz, görüşü idarə edəcək hakimlərin adları da az maraq doğurmur. Əlbəttə bu qarşılaşmalar arasında çempionluğun taleyini həll edəcək "Olimpik" - "Qarabağ" görüşünün eyni zamanda digər taleyüklü qarşılaşmaların ədalət təmsilçilərinin adları bəlli olub. "Olimpik" - "Qarabağ" matçını FİFA dərcəli referi Babək Quliyev idarə edəcək. Maraqlıdır ki, komandamızın "Neftçi"ylə sonuncu turda oynadığı matçın da əsas fit sahibi Quliyev idi. Babək bəyə Ramiz Əsədov və Azər Əsgərov yardım edəcək. Dördüncü hakim funksiyasını isə Ceyhun Haşımov yerinə yetirəcək. Hakim İnspektor Nüvər Xasiyev, AFFA nümayəndəsi isə Tofiq Fətullayevdir. Digər mühüm qarşılaşma olan "İnter" - "Qəbələ" matçında isə Anar Salmanov və briqadası ədaləti qorumağa çalışacaq.
Son da onu xatırladaq ki, "Olimpik" - "Qarabağ" görüşü saat 16:00-da, "İnter" - "Qəbələ" matçı isə 20:00-da baş tutacaq. Onu da qeyd edək ki, hər iki görüş Şəfa stadionunda keçiriləcək.